img
img

Xarici Dil Kursları

Karyeranızı qurmaq üçün əsl mübarizə orta məktəbi bitirdikdən və seçdiyiniz sahədə məzun olmaq qərarına gəldikdən sonra başlayır. Əgər qərarlısınızsa və çox çalışmaq istəsəniz, xəyal etdiyiniz universiteti xaricdə heç bir maneə olmadan bitirə bilərsiniz. Bunun üçün ilk addım seçdiyiniz xarici kollec və ya universitetə qəbul olmaqdır və bunun üçün SAT balınız mütləqdir.Bəs SAT nədir?

SAT “Scholastic Assessment testi” xaricdə, xüsusilə də Türkiyə, ABŞ və Kanada kollec və universitetlərində bakalavr səviyəsinə qəbul olmaq istəyən tələbələr üçün imtahanıdır. Bu yazılı test abituriyentlərin dil və riyazi düşünmə bacarıqlarını qiymətləndirməyə kömək edir. SAT Amerikada ildə 7 dəfə, digər ölkələrdə isə ildə 6 dəfə olmaqla 2 aydan bir keçirilir.

SAT imtahanı aşağıda verilən 3 bölmədən ibarətdir.

Reading: Namizədlər oxuduqları mətnlər ilə bağlı suallara cavab verirlər. Bu bölmə üçün ümumi vaxt: 65 dəqiqə.

Writing and Language: Namizəddən mətnləri oxuyub mətnlə bağlı qrammatik suallara cavab verməyi tələb olunur. Bu bölmə üçün ümumi vaxt: 35 dəqiqə.

Math(Riyaziyyat): Namizədin riyazi biliyi bu bölmədə yoxlanılır. Mövzulara cəbr, verilənlərin təhlili, mürəkkəb tənliklərlə işləmə, triqonometriya və həndəsənin bəzi əsasları daxildir. 2 hissədən ibarətdir (calculator və non-calculator). Bu bölmə üçün ümumi vaxt: 80 dəqiqə.

Amerika universitetlərində təhsil üçün əlavə olaraq inşa (optional essay) bölməsi var.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et