img
img

Xarici Dil Kursları

IELTS “International English Language Testing System” ingilis dili qabiliyyətini qiymətləndirmək üçün imtahandır. Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya və Kanadadakı ali təhsil müəssisələri və immiqrasiya orqanları tərəfindən qəbul edilir. Böyük Britaniyadakı universitetlərə qəbul üçün isə IELTS balı xüsusilə vacibdir.

Təhsil müəssisələri, işəgötürənlər, hökumətlər, immiqrasiya orqanları və peşəkar qurumlar da daxil olmaqla, dünya üzrə 10 000-dən çox təşkilat IELTS imtahanını qəbul edir.

İngilis dilli mühitdə təhsil almaq və ya işləmək istəyən, ana dili ingilis dili olmayanlar üçün nəzərdə tutulmuş IELTS imtahanı dörd kateqoriya üzrə ingilis dili bacarığını yoxlamaq üçün beynəlxalq səviyyədə tanınmış sistemdir. Bu kateqoriyalar aşağıdakılardır:

Listening (Dinləmə)

Reading (Oxuma)

Writing (Yazı)

Speaking (Danışıq)

İELTS Test Tipləri

IELTS imtahanının iki fərqli növü var və qiymətləndirildikdən sonra IELTS balınız 2 (iki) il ərzindəetibarlıdır.

Academic IELTS Böyük Britaniya vəbir sıra dünya universitetləriində təhsil almaq istəyən beynəlxalq tələbələr üçündür.

General IELTS isə Avstraliya, Kanada və Yeni Zelandiya kimi ingilisdilli ölkələrə miqrasiya etməyi planlaşdıranlar üçündür.

1989-cu ildə təqdim olunduğu vaxtdan bəri IELTS hazırlığı ingilis dilində qiymətləndirmənin ən etibarlı formalarından birinə çevrilib və dünya üzrə 8000-dən çox universitet, işəgötürən və immiqrasiya təşkilatı tərəfindən qəbul edilir. IELTS test üsulları namizədin real həyat vəziyyətlərində ingilis dilindən istifadə etmək bacarıqlarını yoxlayır.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et