img
img

Xarici Dil Kursları

Dilə əzbərləməklə deyil, dinləmə-danışıq-tətbiqetmə  yöntəmləri  ilə yiyələnmək övladınızın həm potensialını kəşf etməsinə, həm də ingilis dilində sağlam tənqid və məntiqli   analiz etmək bacarıqlarını inkişaf etdirməsinə imkan verəcəkdir.  “Star Kids” Polşada geniş tətbiq olunan “SuperMinds Academy” proqramının Azərbaycandakı rəsmi nümayəndəsidir. Biz övladınıza ingilis dilini “əzbərlə-test ver” şablonundan  tamamilə uzaq CLlL (Content and Language Integrated Learning) metodikası çərçivəsində sevdirmək vədini veririk.
Eyni zamanda mental arifmetika biliklərinin təlimi;
•    çətin riyazi misalların həll olunması;
•    kimya eksperimentlərinin aparılması;
Fərqli təlimlərlə övladınızın mental və məntiqi inkişafına  dəstəyin verilməsi;
Və bütün bunların məhz ingilis  dilində  tədris  olunması  övladınızın  tamamilə  ingilis dili ilə əhatə olunmasına imkan yaradacaqdır. 
Dərslər üç hissəyə (nəzəriyyə, praktika və dinləmə/danışma) bölünüb ümumilikdə 180 dəqiqə davam edir və bu sahədə peşekar, həmçinin uşaqların psixologiyasına yaxından bələd olan müəllim heyətimiz tərəfindən  tədris olunur.  
Vəd verdiyimiz tədrisin övladınız üzərindəki təsirini canlı  görmək üçün ödənişsiz sınaq dərsimizdə iştirak etməyə dəvət  edirik. 

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et