Xaricdə Təhsil

Amerika

Amerikada Təhsil

Amerikada təhsil almaq sadəcə akademik bir dərəcə deyil, qlobal karyera üçün atılan ən böyük addımdır. Dünyanın ən reytinqli universitetləri, innovativ texnologiyalar və məzun olduqdan sonra beynəlxalq iş imkanları (OPT) səbəbindən hər il minlərlə tələbə Amerikada tehsil yolunu seçir.

Biz sizə amerikada təhsil yolunda ilk addımdan məzuniyyətə qədər hərtərəfli dəstək göstəririk. İstər mühəndislik və texnologiya, istərsə də biznes və incəsənət sahəsində təhsil almaq istəyin, geniş ixtisas seçimi ilə hədəflərinizə ən uyğun proqramı tapmaqda sizə kömək edəcəyik. Təhsil prosesinin hər bir mərhələsində – universitet və ixtisas seçimindən tutmuş, sənəd hazırlığı və müraciət prosesinə qədər peşəkar komandamız yanınızdadır. Gələcəyinizə edəcəyiniz ən böyük investisiya olan bu yolda bizimlə birgə addımlayın! Star Colleges olaraq biz sizə bu mürəkkəb prosesdə bələdçilik edir, ABŞ universitetlərinə qəbul, viza dəstəyi və təqaüd tapmaqda peşəkar xidmət göstəririk.

Amerikada Təhsil - Üstünlükləri Nələrdir?

Amerikada təhsil dünya miqyasında tanınan diplom əldə etmək, qlobal iş və təcrübə imkanlarına çıxış qazanmaq və zəngin kampus həyatı yaşamaq baxımından böyük üstünlüklər təqdim edir. ABŞ universitetləri elm, texnologiya və innovasiya sahəsində qabaqcıl mərkəzlər hesab olunur və tələbələrə müasir laboratoriyalar, startap ekosistemləri və güclü akademik resurslar vasitəsilə həm peşəkar, həm də fərdi inkişaf üçün geniş imkanlar yaradır.

Amerikada Təqaüdlü Təhsil İmkanları

Təhsil xərcləri yüksək olsa da, Amerikada təqaüdlü təhsil almaq tamamilə realdır. Biz tələbələrimizə xərcləri minimuma endirmək üçün aşağıdakı təqaüd növlərini təklif edirik:

  • Merit-Based Scholarships: Yüksək akademik göstəricilər (SAT/GPA) əsasında verilən təqaüdlər.

  • Need-Based Financial Aid: Tələbənin ailəsinin maddi vəziyyətinə əsasən universitet tərəfindən ayrılan yardımlar.

  • İdman Təqaüdləri: Peşəkar idmançılar üçün nəzərdə tutulmuş xüsusi proqramlar.

  • Fulbright Proqramı: Magistratura pilləsi üçün tam maliyyələşən dövlət proqramı.

Komandamız profilinizi analiz edərək sizin üçün ən uyğun təqaüd proqramını tapır və qəbul şansınızı artırır.

Amerikada Təhsil Qiymətləri (Təxmini Büdcə)

Aşağıdakı cədvəldə ABŞ-da təhsilin orta illik xərcləri göstərilmişdir:

 Universitet Növü İllik Təhsil Haqqı (Ortalama) 
 İcma Kollecləri (Community Colleges)  $3,500 – $12,000
 Dövlət Universitetləri $15,000 – $35,000
 Özəl Universitetlər $30,000 – $60,000

Qeyd: Təqaüd proqramları ilə bu məbləğləri 50-100% azaltmaq mümkündür.

Niyə Star Colleges ilə Müraciət Etməlisiniz?

Dünyanın ən prestijli universitetlərində təhsil almaq imkanları ilə həyatınızı dəyişdirə bilərsiniz. Təcrübəli mütəxəssislərimiz sizə uyğun təhsil proqramını seçməkdə və qəbul prosesində dəstək olacaqlar. Bu fürsət sizə beynəlxalq təcrübə qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaq və karyeranızı qlobal səviyyəyə yüksəltmək imkanı verir. Star Colleges ilə dünya standartlarında təhsil alın. Siz də amerikada təhsil almaq istəyirsinizsə, bu gün bizimlə əlaqə saxlayın. ABŞ universitetlərində təhsil fürsətlərindən yararlanın və uğurlu gələcəyinizi qurun.

Müraciət Edin
Alumni Network
Kanada

Kanadada Təhsil

Kanadada təhsil almaq, tələbələrə sadəcə diplom deyil, həm də dünyanın ən təhlükəsiz ölkələrindən birində yaşamaq və karyera qurmaq şansı verir. Nəzəriyyəni praktika ilə birləşdirən Kanada universitetləri, məzunlarına qlobal əmək bazarında rəqabət üstünlüyü qazandırır.

Biz sizə universitet seçimi, qəbul sənədlərinin hazırlanması, viza dəstəyi və yaşayış məsələlərində tam xidmət göstəririk. Məqsədimiz Kanadada təhsil almaq prosesini sizin üçün daha rahat, asan və əlçatan etməkdir. 

Star Colleges komandası olaraq sizə Kanadada təhsil yolunda ilk addımdan məzuniyyətə qədər hərtərəfli dəstək veririk. İstər mühəndislik və texnologiya, istər biznes, tibb və ya incəsənət sahəsində oxumaq istəyin, biz sizə ən uyğun proqramı seçməkdə kömək edəcəyik. Təhsil prosesinin bütün mərhələlərində – universitet və ixtisas seçimindən tutmuş, sənəd hazırlığı və müraciət prosesinə qədər – peşəkar komandamız yanınızdadır.

Kanadada Təqaüdlü Təhsil Proqramları

Təhsil xərclərini optimallaşdırmaq istəyənlər üçün Kanadada təqaüdlü təhsil realdır. Kanada hökuməti və universitetlər beynəlxalq tələbələrə aşağıdakı imkanları təklif edir:

  1. Entrance Scholarships: Universitetə qəbul zamanı ortalama bala (GPA) görə verilən endirimlər ($1,000 - $10,000 arası).

  2. Vanier Canada Graduate Scholarships: Doktorantura səviyyəsi üçün prestijli dövlət təqaüdü.

  3. Lester B. Pearson Scholarship: Toronto Universitetinin tam təqaüd proqramı.

Biz sizin akademik göstəricilərinizi təhlil edərək, qazanma şansınızın ən yüksək olduğu təqaüdlərə müraciət edirik.

Kanadada Təhsil Almağın Üstünlükləri

  • Qlobal səviyyədə tanınan diplom

  • Təhlükəsiz və çoxmədəniyyətli mühit

  • İş və təcrübə (Co-op) proqramları ilə real iş təcrübəsi

  • Elm, texnologiya və innovasiya sahəsində lider universitetlər

  • Mezuniyyət sonrası iş icazəsi (Post-Graduation Work Permit) imkanı

  • Fərdi və peşəkar inkişaf üçün geniş resurslar

Kanadada Təhsilin Qiymətləri (2026)

Tələbələrin büdcəsini planlaması üçün aşağıdakı cədvəl faydalı olacaq:

 Təhsil Pilləsi İllik Təhsil Haqqı (Ortalama) 
 Kollec (Diploma)  $10,000 – $18,000 CAD
 Bakalavr $15,000 – $35,000 CAD
 Magistratura $12,000 – $30,000 CAD
Star Colleges Sizə Necə Dəstək Olur?

Biz tələbələrimizə Kanadada tehsil yolunda A-dan Z-yə tam xidmət göstəririk:

  • Proqram Seçimi: Mühəndislik, IT, Tibb və ya Biznes – hədəflərinizə uyğun kollec və ya universitetin tapılması.

  • Sənədləşmə: Qəbul üçün tələb olunan motivasiya məktubu (SOP) və tövsiyə məktublarının peşəkar hazırlanması.

  • Viza Dəstəyi: Kanada tələbə vizası (Study Permit) prosedurlarının dəqiq yerinə yetirilməsi.

  • Co-op Proqramları: Təhsil alarkən maaşlı təcrübə proqramlarına müraciət.

Kanadada təhsil almaq istəyirsinizsə, bu gün bizimlə əlaqə saxlayın. Kanada universitetlərində təhsil fürsətlərindən yararlanın və uğurlu gələcəyinizi bizimlə qurun.

Müraciət Edin
Alumni Network
Türkiyə

Türkiyədə Təhsil

Türkiyədə Təhsil: İmtahansız və Qiyabi Qəbul İmkanları

Türkiyədə təhsil almaq tələbələrə həm akademik bilik, həm də zəngin mədəni təcrübə qazandırır. Türkiyənin universitetləri beynəlxalq akkreditasiyalara sahibdir və tələbələrə müasir laboratoriyalar, geniş kitabxanalar və yüksək səviyyəli professor heyəti ilə təhsil alma imkanı verir. Eyni zamanda, mədəniyyət və dil baxımından Azərbaycan tələbələri üçün uyğun mühit yaradılır. İstər əyani, istərsə də türkiyədə qiyabi təhsil formatında oxumaq mümkündür.

Star Colleges olaraq biz sizə həm təqaüdlə, həm də imtahan stresi yaşamadan, sadəcə attestat və ya kollec diplomu ilə Türkiyənin prestijli universitetlərində təhsil almaq şansı yaradırıq.

Attestatla Türkiyədə Təhsil – İmtahansız Qəbul Seçimləri

Bir çox tələbə və valideyn "Yalnız attestatla qəbul mümkündürmü?" sualını verir. Cavab: Bəli! Attestatla Türkiyədə təhsil proqramı çərçivəsində heç bir əlavə imtahan (YÖS və ya SAT) vermədən, orta məktəb qiymətlərinizlə universitetə qəbul ola bilərsiniz.

Bu proqramın üstünlükləri:

  • İmtahansız giriş: Stres olmadan birbaşa universitet tələbəsi olursunuz.

  • İqtisadi sərfəlilik: Dövlət universitetlərində illik təhsil haqları olduqca münasibdir.

  • Geniş ixtisas seçimi: Tibb, Mühəndislik, Hüquq, İqtisadiyyat və Psixologiya kimi populyar sahələrdə attestatla Turkiyede tehsil mümkündür.

Türkiyədə Qiyabi Təhsil – İşləyərkən Oxumaq

Əgər işləyirsinizsə və ya ölkəni tərk etmək istəmirsinizsə, Türkiyədə qiyabi təhsil (distant təhsil) sizin üçün ən doğru seçimdir. Qiyabi təhsil alan tələbələr əyani tələbələrlə eyni diplomu (Mavi Diplom) əldə edirlər və bu diplom Azərbaycanda tanınır.

Turkiyede qiyabi tehsil üstünlükləri:

  1. Sərbəst qrafik: Dərslərin böyük hissəsi onlayn platformalar üzərindən keçirilir.

  2. İldə 2 dəfə səfər: Sadəcə imtahan sessiyaları zamanı universitetə getmək kifayətdir.

  3. Karyera: İş yerinizi itirmədən ali təhsil dərəcəsi alırsınız.

Kollec Diplomu ilə Türkiyədə Təhsil (Subbakalavrlar üçün)

Kollec məzunları üçün əla xəbərimiz var! Kollec diplomu ile Turkiyede tehsil alaraq təhsilinizi bakalavr səviyyəsinə yüksəldə bilərsiniz. Türkiyə universitetləri "Dikey Geçiş" sistemi ilə kollecdə keçdiyiniz fənləri (kreditləri) tanıyır.

  • Vaxt itkisi yoxdur: Təhsilə 1-ci kursdan deyil, birbaşa 2-ci və ya 3-cü kursdan davam edirsiniz.

  • İmtahansız keçid: Sadəcə subbakalavr diplomunuzla müraciət edirsiniz.

Türkiyədə Təhsil Qiymətləri - Qısa İcmal

Aşağıdakı cədvəldə təhsil formaları üzrə əsas məlumatlar qeyd olunub:

 Təhsil Forması  Qəbul Şərti Təhsil Haqqı (İllik)  Diplom Tanınması 
 Əyani Təhsil Attestat / YÖS $250 - $1000+ Tam Tanınır
 Qiyabi Təhsil Attestat $300 - $800 Tam Tanınır
 Kollec ilə Keçid Subbakalavr Diplomu  $250 - $900 Tam Tanınır
Bu qiymətlər ortalama olaraq götürülmüşdür, universitet və ixtisasa uyğun olaraq dəyişə bilər.

Niyə Star Colleges ilə Türkiyədə Təhsil?

Turkiyede tehsil sahəsində illərin təcrübəsinə sahib Star Colleges komandası olaraq biz sizə sadəcə qəbul məktubu deyil, tam təminatlı gələcək vəd edirik.

  • Doğru Universitet Seçimi: Sizin büdcənizə və atestat ballarınıza uyğun ən yaxşı universitetlərin siyahısı.

  • Rəsmi Nümayəndəlik: Biz bir çox Türkiyə universitetinin rəsmi tərəfdaşıyıq.

  • Viza və Yataqxana: Qəbuldan sonra viza sənədlərinin yığılması və yataqxana qeydiyyatında 100% dəstək.

  • Atestatla xaricde tehsil: Sadəcə Türkiyə deyil, digər ölkələr üzrə də konsultasiya.

Xəyallarınızı təxirə salmayın. Türkiyədə attestatla təhsil və qiyabi qəbul üçün elə indi Star Colleges mütəxəssisləri ilə əlaqə saxlayın!

Müraciət Edin
Alumni Network
Almaniya

Almaniyada Təhsil

Almaniyada təhsil dünyanın ən qabaqcıl və nüfuzlu universitetlərində təhsil almaq üçün ideal seçimdir. Almaniyanın təhsil sistemi tələbələrə geniş ixtisas seçimi, innovativ tədris proqramları və beynəlxalq akkreditasiya imkanı təqdim edir. Burada həm bakalavr, həm magistr səviyyəsində təhsil ala bilərsiniz. 

Almanyada tehsil həm alman, həm də ingilis dilində müxtəlif proqramlarda mümkündür və tələbələrə yüksək akademik standartlarla təhsil alma şansı verir. Almaniya universitetləri geniş ixtisas seçimi, innovativ tədris proqramları və ən əsası – pulsuz təhsil imkanları ilə seçilir. 

Star Colleges olaraq biz sizə Almaniyada tehsil xəyalınızı gerçəkləşdirmək üçün A-dan Z-yə peşəkar dəstək veririk.

Niyə Məhz Almaniyada Təhsil Seçilməlidir?

Tələbələrin Almaniyanı seçməsinin əsas səbəbləri bunlardır:

  • Pulsuz Təhsil: Almaniyanın dövlət universitetlərində təhsil əksər hallarda ödənişsizdir (yalnız simvolik semestr xərci ödənilir).

  • İki Dilli Təhsil: Həm Alman, həm də İngilis dilində təhsil proqramları mövcuddur.

  • Şengen Vizası: Tələbə vizası ilə bütün Avropa ölkələrinə sərbəst səyahət imkanı.

  • Karyera İmkanları: Məzun olduqdan sonra Almaniyada iş axtarmaq üçün 18 aylıq rəsmi icazə verilir.

Təhsil Pillələri və İxtisaslar

Almaniyada Magistr Təhsili

Bakalavr dərəcəsini bitirən tələbələr üçün Almaniyada magistr təhsili ideal seçimdir. Proqramlar adətən 1.5 - 2 il davam edir. Mühəndislik, IT, Biznes və İqtisadiyyat sahələrində ingilisdilli proqramların sayı olduqca çoxdur.

Almaniyada Tibb Təhsili

Dünyanın ən prestijli sahələrindən biri olan Almaniyada tibb təhsili, güclü nəzəriyyə və xəstəxanalarda keçən intensiv təcrübəyə əsaslanır. Tibb məzunları Almaniyada həkim kimi işləmək üçün birbaşa icazə (Approbation) alma şansına malikdirlər.

Bakalavr Təhsili

Azərbaycanlı tələbələr üçün birbaşa qəbul və ya "Studienkolleg" (Hazırlıq ili) vasitəsilə bakalavr təhsili almaq mümkündür.

Almaniyada Təhsilin Faydaları və Gələcək İmkanlar
  • Təhsil haqqının aşağı olması və bəzən tamamilə pulsuz təhsil imkanı

  • Güclü sənaye və araşdırma infrastrukturu ilə əmək bazarına giriş şansı

  • Beynəlxalq tələbələr üçün xüsusi dəstək proqramları və yaşayış imkanları

  • Alman və ingilis dilində təhsil variantları ilə geniş seçim imkanı

  • Avropanın mərkəzində peşəkar inkişaf və karyera perspektivləri

Almaniyada Təhsil Xərcləri (Təxmini)

Aşağıdakı cədvəl büdcənizi planlamağa kömək edəcək:

 Xərc Növü Məbləğ (Aylıq/İllik)
 Dövlət Universitetləri €0 (Pulsuz)
 Semestr haqqı €150 – €350 (6 aydan bir)
 Blok Hesab (İllik) ~€11,904 (Viza üçün tələb)
 Yaşayış Xərcləri (Aylıq)  €850 – €1000
Star ilə Almaniyada Təhsil Xidmətləri

Bizim xidmətimiz sayəsində tələbələr stress yaşamadan Almaniyada tehsil almaq imkanına malik olurlar. Xidmətlərimizə daxildir:

  1. Universitet Seçimi: Akademik göstəricilərinizə uyğun ən yaxşı dövlət universitetlərinin siyahısı.

  2. Sənədləşmə: Motivasiya məktubunun yazılması və Uni-Assist vasitəsilə müraciət.

  3. Viza Dəstəyi: Səfirlik üçün sənədlərin hazırlanması və "Blok hesab"ın açılması.

  4. Qarşılama: Almaniyaya çatdıqda sığorta və yataqxana məsələlərində dəstək.

Gələcəyinizi Avropanın mərkəzində qurun! Star Colleges ilə əməkdaşlıq edərək Almaniyanın qabaqcıl təhsil sistemindən yararlanın. Elə indi ödənişsiz konsultasiya üçün bizimlə əlaqə saxlayın.

Müraciət Edin
Alumni Network
Macarıstan

Macarıstanda Təhsil

Avropanın mərkəzində – Macarıstanda təhsil almaq, gələcəyiniz üçün ata biləcəyiniz ən uğurlu addımlardan biridir. Dünya səviyyəli universitetlər, zəngin mədəniyyət və təhlükəsiz tələbə mühiti Macarıstanı xaricdə təhsil üçün ideal seçimə çevirir.

Star Colleges komandası olaraq, biz sizə sadəcə qəbul məktubu deyil, həm də gələcək karyeranız üçün yol xəritəsi təqdim edirik. Proqram seçimi, sənəd hazırlığı, Macarıstan vizası və yerləşdirmə proseslərində peşəkar dəstəyimizlə yanınızdayıq.

Niyə Macarıstanda Təhsil Seçilməlidir? (Əsas Üstünlüklər)

Tələbələrin Macarıstan universitetlərinə üz tutmasının əsas səbəbləri aşağıdakılardır:

  • Beynəlxalq Tanınan Avropa Diplomu: Macarıstan diplomları "Bologna sistemi"nə uyğundur. Bu diplomla məzun olduqdan sonra Avropa, ABŞ, Kanada və Asiya ölkələrində həm iş, həm də təhsil imkanlarınız genişlənir.

  • Əlçatan Təhsil Qiymətləri: Qərbi Avropa (10,000–25,000 avro) ilə müqayisədə, Macarıstanda illik təhsil haqları cəmi 5000 avrodan başlayır. Bu, keyfiyyətli Avropa təhsili üçün ən münasib büdcədir.

  • Stipendium Hungaricum Təqaüd Proqramı: Ən populyar tam təqaüd proqramıdır. Təhsil haqqını tam qarşılayır, aylıq təqaüd verir, pulsuz yataqxana və tibbi sığorta təmin edir.

  • Karyera və İş İmkanları: Tələbələr təhsil müddətində qanuni olaraq qismən (part-time) işləyə bilərlər. Bu, həm təcrübə qazanmaq, həm də yaşayış xərclərini qarşılamaq üçün əla fürsətdir.

  • Müasir İnfrastruktur və Yaşayış: Budapeşt, Debrecen və Peç kimi şəhərlər tələbələr üçün komfortlu yataqxanalar, münasib kirayə evlər və mükəmməl ictimai nəqliyyat sistemi təklif edir.

Macarıstanda Təhsil Pillələri və Proqramlar

Macarıstan universitetləri hər akademik səviyyəyə uyğun geniş proqram seçimi təklif edir:

1. Foundation (Hazırlıq İli)

İngilis dili səviyyəsi yetərli olmayan və ya akademik baza biliklərini artırmaq istəyənlər üçün nəzərdə tutulub. IELTS və ya TOEFL balı olmayan tələbələr üçün ən ideal başlanğıcdır.

2. Bakalavr Proqramları

Tədris müddəti 3–4 ildir. Ən çox tələb olunan ixtisaslar:

  • İqtisadiyyat və Biznesin İdarə Edilməsi

  • Mühəndislik və İT

  • Tibb və Səhiyyə

  • Beynəlxalq Münasibətlər

3. Magistratura Təhsili

1.5–2 il davam edən bu proqramlar, ixtisaslaşma üzrə dərin biliklər qazandırır və qlobal şirkətlərdə rəhbər vəzifələrə yol açır.

4. PhD (Doktorantura)

Elmi araşdırmalar aparmaq istəyənlər üçün 3 ildən başlayan proqramlardır.

Star Colleges ilə Qəbul Prosesi Necə Aparılır?

Bizimlə Macarıstanda təhsil xəyalınız sadəcə bir plan olaraq qalmır. Xidmətlərimizə daxildir:

  1. Ödənişsiz Konsultasiya: Profilinizə uyğun universitet və ixtisas seçimi.

  2. Sənədləşmə: Motivasiya məktubunun yazılması və sənədlərin universitet tələblərinə uyğun hazırlanması.

  3. Viza Dəstəyi: Səfirlik üçün sənədlərin yığılması və müsahibəyə hazırlıq.

  4. Qarşılama və Yerləşdirmə: Budapeştdə qarşılanma və yataqxanaya yerləşdirmə.

Avropada keyfiyyətli təhsil almaq üçün elə indi Star Colleges ilə əlaqə saxlayın və gələcəyinizi bu gündən qurun!

Müraciət Edin
Alumni Network

Nəyə görə STAR Colleges?

Dünya “Starlıları” gözləyir! STAR Colleges ilə təhsil almağın bir çox üstünlükləri var:

Akademik Üstünlüklər:

Dünyanın müxtəlif ölkələrindən tələbələrlə birgə, dünya şöhrətli professorlardan təhsil almaq imkanı əldə edirsiniz.

Praktiki Təcrübə:

Xaricdə təhsil proqramlarımızla CV-nizi zənginləşdirən dəyərli praktiki təcrübələr əldə edirsiniz.

Şəxsi İnkişaf:

STAR Colleges ilə rahatlıq zonanızdan çıxaraq, yeni mədəniyyətlər və dostluqlar kəşf edirsiniz.

Dəstək Xidmətləri:

Xaricdə təhsil zamanı bütün mərhələlərdə sizə bələdçilik edən peşəkar komandamız var.

Maliyyə Yardımı:

STAR Colleges təqaüdlər və maliyyə yardımı imkanları təqdim edir, bu da xaricdə təhsili daha əlçatan edir.

Xaricdə təhsil almaq xəyalınızı reallaşdırmaq üçün STAR Colleges sizin ən yaxşı seçiminizdir.

Ödənişsiz konsultasiya üçün bizimlə əlaqə saxlayın, təhsil arzularınızı reallığa çevirməyə kömək edək.

STAR Colleges ilə dünya sizin üçün açıqdır!
Whatsapp

Kömək Lazımdır?