Testlər

Biliklərinizi yoxlayın və sertifikat qazanın

İngilis dili səviyyə testi

1 sual Vaxt limitsiz

Qeydiyyat

İngilis Dili Seviyye Testi - 5 Dəqiqəyə Səviyyəni Bil

İngilis dili səviyyə testi, dil biliklərini qısa müddətdə yoxlamağın ən asan və effektiv yollarından biridir. Bu testlər sayəsində hansı səviyyədə - A1, A2, B1, B2, C1 və ya C2 səviyyəsində olduğunuzu asanlıqla müəyyən edə bilərsiniz. Əgər ingilis dili öyrənməyə yeni başlayırsınızsa və ya artıq müəyyən biliklərə sahibsinizsə, bu test sizə növbəti addımı planlaşdırmaqda kömək edəcək.
Bu testin ən gözəl tərəfi odur ki, ingilis dili səviyyə testi adətən cəmi 5 dəqiqə çəkir və nəticəni dərhal əldə edirsiniz. Bu, həm kursa yazılmadan öncə öz səviyyənizi anlamağa, həm də hansı mövzularda zəif olduğunuzu görməyə imkan verir. Gəlin birlikdə öyrənək — siz hansı səviyyədəsiniz və növbəti hədəfiniz nə olmalıdır?

Qeyd: Səviyyələr haqqında detallı məlumat əldə etmək üçün blogumuzu oxuya bilərsiniz.

Amma, təkcə bu qısa test ilə səviyyənizi tam dəqiq bilmək mümkün deyil. Əgər nəticənizdən tam əmin olmaq istəyirsinizsə, mərkəzimizə yaxınlaşaraq peşəkar müəllimlərimiz tərəfindən hazırlanmış ingilis dili səviyyə testi imtahanından keçə və nəticənizi öyrənə bilərsiniz. İndi əlaqə saxlayın, və imtahan günü təyin edin.

İngilis Dili Səviyyə Testi Sonrası Nə Etməli?

İngilis dili səviyyə testi nəticəsini əldə etdikdən sonra əsas məsələ bu nəticədən düzgün istifadə etməkdir. Əgər testdə A1 və ya A2 səviyyəsi göstərilibsə, bu o deməkdir ki, siz başlanğıc mərhələdəsiniz və əsas söz ehtiyatınızı genişləndirməyə, sadə qrammatika qaydalarını möhkəmləndirməyə diqqət etməlisiniz. Əgər nəticəniz B1 və ya B2 səviyyəsidirsə, artıq danışıq və yazı bacarıqlarınızı təkmilləşdirməyə başlaya bilərsiniz. C1 və C2 səviyyəsi isə sizi artıq yüksək dərəcədə müstəqil istifadəçi kimi göstərir — bu səviyyədə siz akademik və peşəkar məqsədlər üçün rahatlıqla ingiliscədən istifadə edə bilərsiniz.

Əgər peşəkar kurs axtarışındasınızsa, ingilis dili dərslərimizə qoşula bilərsiniz.


Whatsapp

Kömək Lazımdır?