İngilis Dili Kurslari I 0-dan İngilis Dili Kursu

İngilis Dili Kurslari

İngilis dili kurslari günümüzdə ən çox tələbat görən kurslardandır. Çünki, ingilis dili bu gün həm təhsil, həm də karyera imkanları baxımından ən vacib bacarıqlardan biridir. Sən də gündəlik danışıqdan akademik yazıya qədər bu dili sərbəst şəkildə istifadə etmək istəyirsənsə, Star Colleges sənin üçün əla fürsətdir! Peşəkar müəllim heyətimiz, fərdi və qrup dərs imkanları, həmçinin praktiki danışıq yönümlü proqramlarımız sayəsində qısa müddətdə əhəmiyyətli nəticələr əldə edə bilərsən.

Bizim kurslarımız həm yeni başlayanlar, həm də dil biliklərini daha da inkişaf etdirmək istəyənlər üçün uyğunlaşdırılıb. Dərslər real həyat situasiyalarına əsaslanaraq təşkil olunur, beləliklə ingilis dili kursu ərzində öyrəndiyini gündəlik həyatında dərhal tətbiq edə bilirsən.

İngilis Dili Kursu – Sıfırdan Peşəkar Səviyyəyə Qədər

Əgər hansı səviyyədə olduğunu bilmirsənsə, narahat olma! Kursumuza başlamazdan əvvəl sənin üçün səviyyə təyin edən qısa bir test aparılır. Beləliklə, ingilis dili kursu çərçivəsində ən uyğun qrupa yönləndirilirsən və dərslər sənin ehtiyaclarına uyğun keçirilir.

Kurs proqramlarımız aşağıdakı mərhələləri əhatə edir:

  • Beginner (A1-A2): İngilis dili ilə ilk tanışlıq, əsas qrammatika və söz ehtiyatı.

  • Intermediate (B1-B2): Danışıqda və yazıda daha sərbəst ifadə bacarıqları.

  • Advanced (C1-C2): Akademik və peşəkar səviyyədə dil istifadəsi, təqdimat bacarıqları.

Müəllimlərimiz yerli və xarici təcrübəyə malikdir və öyrənmə prosesini interaktiv metodlarla maraqlı hala gətirirlər. Rol oyunları, müzakirə dərsləri, video analizləri və praktiki tapşırıqlarla ingilis dilini əla mənimsəyəcəksən. 

İngilis dili kursu üçün indi sınaq imtahanına yazıl və səviyyəni dəqiq öyrənərək dərsə başla.

İngilis dili kursları kimlər üçündür?

İngilis dili kursları müxtəlif məqsədlərlə dil öyrənmək istəyən hər kəs üçün uyğundur. Bu kurslar xaricdə təhsil almağı planlayan tələbələr, beynəlxalq şirkətlərdə işləmək istəyən mütəxəssislər və gündəlik ünsiyyətdə ingilis dilindən istifadə etmək istəyən şəxslər üçün ideal seçimdir. Eyni zamanda, dil biliklərini sıfırdan öyrənmək istəyənlər və ya mövcud səviyyəsini inkişaf etdirmək istəyənlər üçün də uyğun ingilis dili kursları təqdim olunur. Bu yanaşma sayəsində hər bir iştirakçı öz ehtiyacına uyğun şəkildə ingilis dilini effektiv şəkildə öyrənə bilir.

Online İngilis Dili Kursu ilə Evinizdən Ayrılmadan Öyrənin

Online ingilis dili kursu ilə istədiyin yerdən dərslərə qoşula bilərsən. Eyni keyfiyyəti indi artıq evindən, ofisindən və ya istədiyin hər yerdən əldə etmək tam sənə görədir!.

Online dərslərin üstünlükləri:

  • Rahatlıq – Evdən və ya istədiyin yerdən qoşula bilərsən.

  • Vaxta qənaət – Yola çıxmaq, tıxacda qalmaq yoxdur.

  • Qeydiyyat və təkrar – Dərslər qeydə alınır, istədiyin zaman yenidən baxa bilərsən.

  • Canlı və interaktiv – Müəllimlə və digər tələbələrlə canlı ünsiyyət imkanı.

  • Əlçatanlıq – Sadəcə internet və telefon ilə dərsə qoşulmaq kifayətdir.

  • Uyğun tədris tempi – Hər kəs öz sürətində öyrənə bilir.

İngilis Dili Kurslari - Star Colleges Üstünlükləri

Star Colleges ingilis dili kurslari tələbələrə beynəlxalq standartlara uyğun, effektiv və praktik tədris imkanı təqdim edir. İngilis dili kurslarımızda məqsəd yalnız dili öyrətmək deyil, həm də tələbələrin sərbəst danışıq və real ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.

  • Peşəkar və sertifikatlı müəllim heyəti

  • 0-dan başlayaraq bütün səviyyələr üçün xüsusi proqram

  • Danışıq, dinləmə, yazı və qrammatikanın kompleks tədrisi

  • İnteraktiv və praktik yönümlü dərs metodu

  • IELTS, TOEFL və digər beynəlxalq imtahanlar üçün baza hazırlığı

  • Uşaqlar, yeniyetmələr və böyüklər üçün ayrıca qruplar

  • Müasir tədris materialları və sınaq testləri

  • Fərdi yanaşma və tələbə inkişafının mütəmadi izlənməsi

  • Rahat dərs qrafiki və online/offline təhsil imkanı

  • Kurs sonunda uğurlu nəticə göstərən tələbələrə sertifikat.

İngilis Dili Kursu: Fərdi Yoxsa Qrup Dərsləri?

İngilis dili kursu seçərkən fərdi və qrup dərsləri arasında qərar vermək üçün öyrənmə məqsədinizi və hansı formatda daha rahat öyrəndiyinizi nəzərə almalısınız. Fərdi dərslər müəllimin bütün diqqətini sizə yönəltməsinə, proqramın dil səviyyənizə uyğun qurulmasına və çətinlik çəkdiyiniz mövzular üzərində daha çox işləməyinizə imkan verir. Qrup dərsləri isə digər tələbələrlə dialoqlar qurmaq, fikirlərinizi ingilis dilində ifadə etmək və real ünsiyyət təcrübəsi qazanmaq baxımından faydalıdır. Əgər şəxsi yanaşmaya və daha çevik tədris tempinə üstünlük verirsinizsə, fərdi dərslər, ünsiyyətə əsaslanan interaktiv mühit axtarırsınızsa, qrup dərsləri sizin üçün daha uyğun ola bilər.

İngilis Dili Kursları Üzrə Praktiki Tədris Yanaşması

İngilis dili kursları üzrə tədris prosesi yalnız qrammatik qaydaların və yeni sözlərin öyrənilməsi ilə məhdudlaşmır. Tələbələrin öyrəndikləri bilikləri gündəlik həyatda rahatlıqla tətbiq edə bilməsi üçün dərslərdə danışıq tapşırıqlarına, dinləmə məşqlərinə, dialoqlara və interaktiv fəaliyyətlərə geniş yer verilir. Müxtəlif real həyat situasiyaları əsasında qurulan çalışmalar iştirakçıların fikirlərini ingilis dilində daha aydın ifadə etməsinə, söz ehtiyatını zənginləşdirməsinə və ünsiyyət zamanı özünəinam qazanmasına kömək edir. Müəllimlərin dəstəyi ilə hər dərsdə nəzəri biliklər praktik bacarıqlarla möhkəmləndirilir. Nəticədə tələbələr ingilis dilini sadəcə öyrənməklə kifayətlənmir, həm də iş, təhsil, səyahət və gündəlik ünsiyyətdə istifadə edə biləcəkləri real dil bacarıqları əldə edirlər.


Nəticə olaraq, istər ənənəvi, istərsə də online ingilis dili kurslari vasitəsilə dil öyrənmək artıq daha əlçatan və effektivdir. Sən də vaxt itirmədən qeydiyyatdan keç, dil bacarıqlarını inkişaf etdir və qlobal dünyaya bir addım daha yaxın ol! Qeydiyyat üçün bizimlə indi əlaqə saxla!


Müraciət edin

Testimonials

Məmnun Müştəri Rəyləri

4.8 16 rəy əsasında

Xəyalımda olan xaricdə təhsil üçün ingilis dili öyrənməli idim. Nə yaxşı ki, Star Colleges ilə tanış olub dərslərdə iştirak etdim. İndi isə yüksək dil bilikləri ilə Avropada təhsilimi davam etdirirəm.

Client

Könül Vəliyeva

Tələbə

İş qrafikim sıx olduğu üçün dərsə gedib-gəlməyə vaxt ayırmaq çətin idi. Onlayn ingilis dili kursları mənə həm vaxtımı düzgün planlaşdırmağa, həm də təhsilimə fasilə vermədən davam etməyə imkan yaratdı. Dərslərin canlı keçirilməsi və müəllimlə birbaşa ünsiyyət qurmaq imkanının olması xüsusilə xoşuma gəldi.

Client

Lalə İsmayılova

Tələbə

Müxtəlif ingilis dili kurslarında olmuşam, lakin burada praktiki tapşırıqlar daha çoxdur və dərs sistemi çox yaxşıdır. Danışıq bacarığım isə xüsusilə inkişaf edib.

Client

Rəşad Paşayev

Tələbə

Özüm üçün uyğun tədris mərkəzi axtararkən en yaxsi ingilis dili kurslari haqqında araşdırma aparırdım. Mənim üçün əsas meyar müəllimin yanaşması və dərslərin nə dərəcədə praktik olması idi. Star Colleges-də mövzuların aydın izah edilməsi, suallara ətraflı cavab verilməsi və öyrənmə prosesinə göstərilən diqqət məndə müsbət təəssürat yaratdı.

Client

Günel Rzayeva

Tələbə

Səyahət zamanı sərbəst ünsiyyət qurmaq üçün Online ingilis dili kursuna yazıldım və çox faydasını gördüm. Evdən çıxmadan öyrənmək böyük üstünlükdür.

Client

Emin Mirzəyev

Tələbə

Dərslərdə gündəlik mövzular üzərində danışıq məşqləri edilir və bu, real həyatda çox kömək edir. Ümumilikdə məmnun qaldığım bir kursdur.

Client

Elçin Rüstəmli

Tələbə

Online ingilis dili kursu mənim üçün vaxt baxımından ideal seçim oldu. Səviyyəmə uyğun proqram qurulduğu üçün dərslər çox effektivdir.

Client

Sabina Quliyeva

Tələbə

Başlanğıc səviyyədən orta səviyyəyə keçməyimdə bu dərslərin böyük rolu oldu. Hazırda işimdə ingilis dilindən rahat istifadə edə bilirəm.

Client

Nihat Qarayev

Tələbə

İngilis dilində danışarkən sözləri bilsəm də, cümlə qurmaqda çətinlik çəkirdim. İngilis dili kursları sayəsində fikirlərimi daha düzgün ifadə etməyi və öyrəndiyim qrammatik qaydaları danışıq zamanı tətbiq etməyi bacardım. Dərslərin praktik keçilməsi öyrənmə prosesini xeyli asanlaşdırdı.

Client

Orxan Məmmədli

Tələbə

Qrupda atmosfer çox səmimidir və dərslər dinamik keçir. Yeni sözləri praktikada işlətmək imkanı tapdığıma görə öyrənmək çox asan olur.

Client

Aylin Cahangirova

Tələbə

Şəhərdə müxtəlif ingilis dili kursları var, amma burada materialların keyfiyyəti və yanaşma xüsusi fərqlənir. Hər dərsdən sonra real irəliləyiş görürəm.

Client

Əminə Səfərova

Tələbə

İş müsahibələrində ingilis dilində özümü daha rahat ifadə etmək istəyirdim. Müxtəlif ingilis dili kurslari arasından seçim edərkən Star Colleges-in proqramı diqqətimi çəkdi. Dərslərdə xüsusilə işgüzar ünsiyyətə və düzgün ifadə qurmağa diqqət yetirilməsi mənim üçün çox faydalı oldu.

Client

Nərmin Həsənli

Tələbə

İngilis dili kursuna başlayanda A1 səviyyəsində idim. İntensiv və maraqlı dərslərlə artıq B2 səviyyəsindəyəm.

Client

Fidan Bağırova

Tələbə

İngilis dili kurs ilə öyrənməyə bir neçə dəfə cəhd etmişdim, amma davamlılıq yarada bilmirdim. Star Colleges-də dərslərə başladıqdan sonra proqramlı şəkildə irəliləmək və hər mərhələdə inkişafımı görmək mənə motivasiya verdi. İndi ingilis dilində mətnləri daha rahat oxuyur və videoları daha yaxşı başa düşürəm.

Client

Tural Abdullayev

Tələbə

Uzun axtarışdan sonra mənə uyğun ingilis dili kursu məhz burada oldu. Qrup dərsləri aktiv müzakirələrlə keçdiyi üçün öyrənmək daha maraqlıdır.

Client

Murad Səlimov

Tələbə

Qrup şəklində öyrənə bilmədiyim üçün fərdi dərslər mənə tam ehtiyacım olan mövzular üzərində dayanmağa imkan verdi. Müəllimin individual yanaşması sayəsində qısa müddətdə ingilis dili bacarıqlarımı inkişaf etdirdim və səhvlərimi daha dəqiq gördüm.

Client

Rüfət Qasımzadə

Tələbə

Tez tez verilən suallar

İngilis dili kursu tələbənin dil biliyi səviyyəsindən asılı olaraq dəyişir, amma adətən hər səviyyə 2-3 ay davam edir.

İngilis dili kurslari A1-dən (başlanğıc) C1-ə (advanced) qədər bütün səviyyələr üzrə tədris olunur.

Bəli, düzgün metod və interaktiv dərslərlə online ingilis dili kursu da ənənəvi kurslar qədər effektiv ola bilər.

Həm uşaqlar, həm də böyüklər üçün ayrıca ingilis dili kursları var.

Bəli, ingilis dili kursu sonunda iştirak və ya səviyyə əsaslı rəsmi sertifikat təqdim olunur.

İngilis dili kurslari seçərkən müəllimlərin təcrübəsini, tədris proqramının səviyyənizə uyğunluğunu və dərslərdə praktiki danışıq məşqlərinə ayrılan vaxtı nəzərə almaq vacibdir. Star Colleges-də tələbələrin məqsədlərinə uyğun proqram, fərdi və qrup dərsləri, həmçinin interaktiv tədris yanaşması təqdim olunur.

Bəli, ingilis dili kursları zamanı danışıq, dinləmə, oxu və yazı bacarıqları kompleks şəkildə inkişaf etdirilir. Dərslərdə dialoqlar, müzakirələr və real həyat situasiyalarına əsaslanan tapşırıqlar vasitəsilə ingilis dilində daha sərbəst ünsiyyət qurmağı öyrənə bilərsiniz.

Bəli, onlayn ingilis dili kursları başlanğıc səviyyədən öyrənmək istəyənlər üçün də uyğundur. Əvvəlcə dil bilikləriniz müəyyənləşdirilir, daha sonra səviyyənizə uyğun dərslərə qoşularaq qrammatika, söz ehtiyatı və danışıq bacarıqlarınızı mərhələli şəkildə inkişaf etdirə bilərsiniz.

İngilis dili kurslari qiymetleri seçilən tədris formatından, fərdi və ya qrup dərslərindən, dərs qrafikindən və proqramın xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Sizə uyğun kurs və ödəniş şərtləri barədə ətraflı məlumat almaq üçün Star Colleges ilə əlaqə saxlaya bilərsiniz.

Bəli, işləyən şəxslər də gündəlik iş qrafiklərinə uyğun ingilis dili kurs seçə bilərlər. Fərdi və qrup dərsləri, eləcə də onlayn təhsil imkanı sayəsində iş saatlarınızı nəzərə alaraq dil biliklərinizi inkişaf etdirə bilərsiniz.

En yaxsi ingilis dili kurslari tələbələrə yalnız nəzəri biliklər deyil, həm də real ünsiyyətdə istifadə edə biləcəkləri praktiki bacarıqlar qazandırmalıdır. Bunun üçün təcrübəli müəllimlər, səviyyəyə uyğun proqram, interaktiv dərslər, müntəzəm geribildirim və fərdi yanaşma vacibdir. Star Colleges-də bu prinsiplərə əsaslanan tədris prosesi ilə ingilis dili biliklərinizi inkişaf etdirə bilərsiniz.

Oxşar bloqlar

Hansı səviyyədə İngilis dili təhsili almaq istəyirsiniz? Bizimlə əlaqə saxlayın, sizə uyğun kursu müəyyənləşdirək.
Whatsapp

Kömək Lazımdır?