Malaziyada Təhsil I Universitetlər və Təhsil Haqqı

Malaziyada təhsil

Malaziyada təhsil
Malaziya

Malaziyada Təhsil


Malaziyada təhsil keyfiyyətli, lakin əlçatan qiymətə Asiyada beynəlxalq diplom almaq istəyən tələbələr üçün cəlbedici seçimdir. Müasir kampuslar, ingilisdilli proqramlar və bir çox britaniyalı və avstraliyalı universitetin filiallarının mövcudluğu Malaziyanı beynəlxalq təhsil mərkəzinə çevirib.

Malaziyada tehsil əsasən ingilis dilində aparılır, malaziyada təhsil haqqı isə Böyük Britaniya və Avstraliya ilə müqayisədə dəfələrlə ucuzdur. Bu da Malaziyanı eyni diplomu daha az xərclə almaq üçün ideal istiqamətə çevirir.

Star Colleges olaraq biz sizə Malaziyada təhsil prosesində universitet seçimindən viza (Student Pass) prosesinə qədər tam dəstək veririk.


Niyə Məhz Malaziyada Təhsil Seçilməlidir?


·        İngilisdilli təhsil: Əksər proqramlar ingilis dilində aparılır, bu da uyğunlaşmanı asanlaşdırır.

·        Sərfəli xərclər: Təhsil haqqı və yaşam xərcləri Qərb ölkələrindən dəfələrlə ucuzdur.

·        Xarici filiallar: Monash, Nottingham kimi universitetlərin filialları eyni diplomu daha sərfəli təqdim edir.

·        Təhlükəsiz mühit: Çoxmillətli, təhlükəsiz və mədəni baxımdan zəngin ölkə.

·        Karyera imkanları: Asiyanın inkişaf edən iqtisadi mərkəzində təcrübə şansı.


Təhsil Pillələri və İxtisaslar


Bakalavr Təhsili

Azərbaycanlı tələbələr attestat və ingilis dili sertifikatı ilə bakalavr proqramlarına müraciət edə bilərlər. Bir çox universitet IELTS-siz qəbul imkanı da təklif edir, lakin ümumi tələb IELTS 5.5–6.0 səviyyəsidir.


Magistr Təhsili

Malaziyada magistr təhsili biznes, İT, mühəndislik və tibb sahələrində geniş seçim təqdim edir. Proqramlar həm tədris (coursework), həm də tədqiqat (research) əsaslı ola bilər və beynəlxalq səviyyədə tanınan diplomla nəticələnir.


Ən Yaxşı Malaziya Universitetləri


·        University of Malaya (UM) – 1949-cu ildə qurulub, ölkənin ən qədim və ən nüfuzlu universitetidir.

·        Universiti Putra Malaysia (UPM), UKM və USM – aparıcı dövlət universitetləridir.

·        APU, UCSI və Multimedia University (MMU) – beynəlxalq tələbə sayı yüksək olan özəl universitetlərdir.

·        Monash University Malaysia və University of Nottingham Malaysia – tanınmış xarici filiallardır.


Malaziyada Təhsilin Faydaları və Gələcək İmkanlar


·        Aşağı təhsil haqqı ilə beynəlxalq diplom.

·        İngilisdilli akademik mühit.

·        Asiyada karyera və networking imkanları.

·        Münasib yaşam xərcləri və yüksək həyat keyfiyyəti.


Malaziyada Təhsil Almaq Üçün Nə Etməli?


İlk olaraq uyğun universitet və proqram seçilir. Lazımi sənədlər arasında attestat və ya diplom, transkript, ingilis dili sertifikatı (adətən IELTS 5.5–6.0), pasportun surəti və fotoşəkillər olur. Qəbuldan sonra EMGS (Education Malaysia Global Services) vasitəsilə tələbə vizası (Student Pass) prosesi başlanır; bu proses nisbətən sadədir.


Star ilə Malaziyada Təhsil Xidmətləri


1.      Universitet Seçimi: İxtisasınıza və büdcənizə uyğun universitet və proqramların seçimi.

2.      Sənədləşmə: Müraciət sənədlərinin hazırlanması və universitetlərlə yazışma.

3.      Dil Hazırlığı: IELTS hazırlığı üzrə peşəkar dəstək.

4.      Viza (Student Pass) Dəstəyi: EMGS prosesi və viza sənədlərinin hazırlanması.

Elə indi ödənişsiz konsultasiya üçün bizimlə əlaqə saxlayın. Müraciət edin

Müraciət edin

Tez tez verilən suallar

Testimonials

Məmnun Müştəri Rəyləri

Oxşar bloqlar

Bizə yazın, dərhal cavablayaq!
Whatsapp

Kömək Lazımdır?