Xarici Dil
Zaman Zərfləri İngilis Dili - Ən Çox İşlənən Zərflər
Çexiyada təhsil Avropanın mərkəzində, köklü
akademik ənənələrə malik universitetlərdə keyfiyyətli və münasib qiymətə təhsil
almaq istəyən tələbələr üçün ideal seçimdir. Çexiya 60-dan çox ali təhsil müəssisəsinə
və ingilis dilində tədris olunan minə yaxın proqrama malikdir; burada həm
bakalavr, həm də magistr səviyyəsində təhsil ala bilərsiniz.
Çexiyada tehsil həm çex, həm də ingilis
dilində mümkündür. Çex dilindəki proqramlar dövlət universitetlərində qanunla
pulsuzdur, ingilis dilli proqramlar isə Avropa standartlarına görə əlçatan təhsil
haqqı ilə fərqlənir. Diplomlar ECTS və Bolonya sisteminə uyğun olduğundan bütün
Avropada tanınır.
Star Colleges olaraq biz sizə Çexiyada təhsil
xəyalınızı reallaşdırmaq üçün universitet seçimindən viza prosesinə qədər A-dan
Z-yə peşəkar dəstək veririk.
Tələbələrin Çexiyanı seçməsinin əsas səbəbləri
bunlardır:
·
Münasib təhsil haqqı: Çex dilli
proqramlar dövlət universitetlərində pulsuz, ingilis dilli proqramlar isə Qərbi
Avropadan xeyli ucuzdur.
·
İki dilli təhsil: Həm çex, həm də
ingilis dilində geniş proqram seçimi mövcuddur.
·
Şengen vizası: Tələbə vizası ilə bütün
Avropa ölkələrinə sərbəst səyahət imkanı.
·
Sərfəli yaşam: Praqa və Brno kimi şəhərlərdə
yaşam xərcləri Avropa standartlarına görə aşağıdır.
·
Tanınan diplom: ECTS və Bolonya sisteminə
uyğun diplomlar Avropa İttifaqı ölkələrində etibarlıdır.
Bakalavr dərəcəsini bitirən tələbələr üçün Çexiyada magistr təhsili güclü seçimdir. Proqramlar adətən 1–3 il davam edir. Biznes, İT, mühəndislik və sosial elmlər üzrə ingilisdilli magistr proqramlarının sayı olduqca çoxdur. Müraciət üçün bakalavr diplomu, transkript və ingilis dili sertifikatı tələb olunur.
Azərbaycanlı tələbələr attestat və ingilis
dili sertifikatı ilə birbaşa bakalavr proqramlarına müraciət edə bilərlər. Çex
dilindəki bakalavr proqramları dövlət universitetlərində ödənişsizdir, lakin
çex dili biliyi tələb olunur.
Çexiya universitetləri beynəlxalq reytinqlərdə
layiqincə təmsil olunur. Ən nüfuzluları:
·
Charles University (Karlov
Universiteti, Praqa) – 1348-ci ildə qurulub, Mərkəzi Avropanın ən qədim
universitetidir.
·
Masaryk University (Brno) – ölkənin
ikinci ən böyük universiteti, məzunlarının işlə təminatı yüksəkdir.
·
Czech Technical University
(ČVUT, Praqa) – mühəndislik və texnologiya üzrə aparıcıdır.
·
Brno University of Technology –
texniki istiqamətlərdə güclüdür.
·
Pulsuz (çex dilli) və ya
münasib qiymətli (ingilis dilli) təhsil imkanı.
·
Avropanın mərkəzində karyera və
təcrübə perspektivləri.
·
Beynəlxalq tələbələr üçün
xüsusi dəstək proqramları.
· Şengen zonasında sərbəst səyahət imkanı.
Çexiyada təhsil almaq üçün düzgün planlama
vacibdir. İlk olaraq uyğun universitet və ixtisas seçilir, sonra qəbul tələbləri
araşdırılır. Əksər hallarda dil sertifikatı (ingilis dili üçün IELTS 6.5 /
TOEFL 80), attestat və ya diplom, transkript və motivasiya məktubu tələb
olunur. Sənədlər hazır olduqda universitetlərə müraciət edilir və qəbuldan
sonra viza prosesi başlanır.
Bizim xidmətimiz sayəsində tələbələr stress
yaşamadan Çexiyada təhsil almaq imkanı qazanır. Xidmətlərimizə daxildir:
1.
Universitet Seçimi: Akademik göstəricilərinizə
uyğun ən yaxşı universitet və proqramların siyahısı.
2.
Sənədləşmə: Motivasiya məktubunun
yazılması və universitetlərə müraciətin idarə olunması.
3.
Dil Hazırlığı: IELTS/TOEFL hazırlığı üzrə
peşəkar dəstək.
4.
Viza Dəstəyi: Səfirlik üçün sənədlərin
hazırlanması və viza müsahibəsinə hazırlıq.
Elə indi ödənişsiz konsultasiya üçün bizimlə
əlaqə saxlayın. Müraciət
edin
Tez tez verilən suallar
Testimonials
Məmnun Müştəri Rəyləri
Oxşar bloqlar
Kömək Lazımdır?