Belçikada Təhsil I Magistr və Bakalavr Təhsili

Belçikada təhsil

Belçikada təhsil
Belçika

Belçikada Təhsil


Belçikada təhsil Avropanın ürəyində, yüksək akademik standartlar və beynəlxalq mühit axtaran tələbələr üçün cəlbedici seçimdir. Belçika həm Avropa İttifaqının inzibati mərkəzi olması, həm də dünya reytinqlərində yer alan universitetləri ilə seçilir.

Belcikada tehsil həm holland (flamand), fransız, həm də ingilis dilində mümkündür. Xüsusilə belçikada magistr təhsili ingilis dilində geniş proqram seçimi və münasib təhsil haqqı ilə azərbaycanlı tələbələrin diqqətini çəkir.

Star Colleges olaraq biz sizə Belçikada təhsil prosesinin hər mərhələsində — universitet seçimi, sənədləşmə və viza — peşəkar dəstək veririk.


Niyə Məhz Belçikada Təhsil Seçilməlidir?


·        Dünya səviyyəli universitetlər: KU Leuven, Gent və UCLouvain beynəlxalq reytinqlərdə ön sıralardadır.

·        İngilisdilli magistr proqramları: Beynəlxalq tələbələr üçün çoxsaylı ingilisdilli magistr seçimi mövcuddur.

·        Karyera mərkəzi: Avropa İttifaqının paytaxtı Brüssel beynəlxalq təcrübə və karyera imkanları yaradır.

·        Şengen vizası: Tələbə vizası ilə bütün Avropaya sərbəst səyahət.

·        Tanınan diplom: Bolonya sisteminə uyğun diplomlar bütün dünyada etibarlıdır.


Təhsil Pillələri və İxtisaslar


Belçikada Magistr Təhsili

Belçikada magistr təhsili Avropanın bir çox ölkəsi ilə müqayisədə əlçatan təhsil haqqı ilə fərqlənir. Proqramlar adətən 1–2 il davam edir; mühəndislik, biznes, İT və sosial elmlər üzrə ingilisdilli magistr proqramları geniş yayılıb. Müraciət üçün bakalavr diplomu, transkript, motivasiya məktubu və ingilis dili sertifikatı tələb olunur.


Bakalavr Təhsili

Bakalavr səviyyəsində proqramlar əsasən holland və ya fransız dilindədir, lakin bəzi ingilisdilli seçimlər də mövcuddur. Müraciət üçün attestat, transkript və müvafiq dil sertifikatı tələb olunur.


Ən Yaxşı Belçika Universitetləri

·        KU Leuven – Belçikanın ən nüfuzlu universiteti, dünya reytinqlərində ilk 100-dədir.

·        Ghent University (Gent) – elmi tədqiqat və geniş ingilisdilli proqramları ilə tanınır.

·        UCLouvain – Valloniyanın aparıcı fransızdilli universitetidir.

·        Vrije Universiteit Brussel (VUB) və ULB – Brüsseldə yerləşən beynəlxalq universitetlərdir.


Belçikada Təhsilin Faydaları və Gələcək İmkanlar

·        Avropanın bir çox ölkəsindən ucuz təhsil haqqı.

·        Beynəlxalq qurumların mərkəzində staj və karyera imkanları.

·        Çoxmillətli, çoxdilli akademik mühit.

·        Zəngin təqaüd imkanları.


Belçikada Təhsil Almaq Üçün Nə Etməli?

İlk olaraq uyğun universitet və proqram seçilir, qəbul tələbləri araşdırılır. Sənədlər arasında diplom/attestat, transkript, motivasiya məktubu və ingilis dili sertifikatı (IELTS/TOEFL) olur. AB xaricindən olan tələbələr sentyabrda başlamaq üçün adətən fevral-mart aylarında müraciət etməlidirlər, ona görə də erkən hazırlıq vacibdir.


Star ilə Belçikada Təhsil Xidmətləri

1.      Universitet Seçimi: İxtisasınıza və büdcənizə uyğun ingilisdilli proqramların seçimi.

2.      Sənədləşmə: Motivasiya məktubu, CV və universitet müraciətlərinin hazırlanması.

3.      Təqaüd Dəstəyi: Master Mind, Science@Leuven kimi təqaüdlərə müraciətdə yönləndirmə.

4.      Viza Dəstəyi: Viza sənədlərinin hazırlanması və müsahibəyə hazırlıq.

Elə indi ödənişsiz konsultasiya üçün bizimlə əlaqə saxlayın. Müraciət edin

Müraciət edin

Tez tez verilən suallar

Testimonials

Məmnun Müştəri Rəyləri

Oxşar bloqlar

Bizə yazın, dərhal cavablayaq!
Whatsapp

Kömək Lazımdır?