Xaricdə təhsil
Çin Universitetləri - Tələbələrin Ən Çox Seçdiyi 10 Universitet
Uşaqlıqda başlanılan dil təhsili gələcək uğurların təməlidir. Bizim uşaqlar üçün İngilis dili dərsləri vasitəsilə uşaqlar dili sıfırdan başlayaraq öyrənir, öz fikirlərini ifadə etməyi, yeni sözləri yadda saxlamağı və cümlə qurmağı praktiki şəkildə mənimsəyirlər. Təcrübəli və mehriban müəllimlərimizin hazırladığı dərslər uşaqların yaş və maraq səviyyəsinə uyğun şəkildə qurulur. Bu isə, öz növbəsində, uşaqların dərslərdə darıxmasının qarşısını alaraq çətin prosesi asanlaşdırır.
Uşaqlar üçün ingilis dili kurslari elə hazırlanmalıdır ki, uşaqlar üçün dərslər sırf qrammatika ilə doldurulmamalı, onların marağını cəlb edən əyləncəli metodlarla dərslər keçirilməlidir. Proqramımızda oyun əsaslı öyrənmə, interaktiv videolar, rəngli tapşırıqlar və cizgi filmləri vasitəsilə dil bacarıqları təbii şəkildə inkişaf etdirilir. Eyni zamanda hər dərsdə danışıq praktikası ilə uşaqlar aktiv istifadə etməyə təşviq olunur. Beləliklə, balaca dostlarımıza uşaqlar üçün ingilis dili kurslari qorxulu gəlmir, əksinə, sevinərək dərslərə qoşulurlar.
Uşaqlar üçün ingilis dili kursunda valideynlərlə davamlı və şəffaf əlaqə xüsusi önəm daşıyır. Tədris prosesi boyunca valideynlərə uşağın inkişafı, dərsə davamiyyəti və nəticələri haqqında mütəmadi məlumat verilir. Bu yanaşma valideynlərin övladının öyrənmə prosesini yaxından izləməsinə və dəstək olmasına imkan yaradır. Nəticədə, müəllim-valideyn əməkdaşlığı güclənir və uşağın dil inkişafı daha sürətli və effektiv şəkildə irəliləyir. Buna görə də, valideynlər rahatlıqla bizim uşaqlar üçün ingilis dili kursumuzu seçirlər.
Uşaqlarda ingilis dilinə marağın formalaşması düzgün tədris yanaşmasından başlayır. Buna görə proqramımız yalnız dil öyrətməyə deyil, həm də uşaqlarda ingilis dilinə sevgi yaratmağa yönəlib. İnteraktiv dərslər və praktik fəaliyyətlər sayəsində şagirdlər öyrənmə prosesindən zövq alır, özlərini sərbəst ifadə edir və yeni bacarıqlar qazanırlar.
Star Colleges üstünlükləri:
Yaşa uyğun, interaktiv və oyun əsaslı dərs proqramı
Danışıq bacarıqlarını inkişaf etdirən praktiki məşğələlər
Təcrübəli və uşaqlarla işləmə bacarığı olan müəllimlər
Kiçik qruplarda fərdi yanaşma
Dinləmə, oxuma, yazı və danışıq bacarıqlarının balanslı inkişafı
Rahat, motivasiyaedici və təhlükəsiz tədris mühiti
Elə indi qeydiyyatdan keçin və övladınızın ingilis dili bacarıqlarının inkişafına doğru ilk addımı atın. Konsultasiya üçün bizimlə əlaqə saxlayın.
Testimonials
Məmnun Müştəri Rəyləri
Tez tez verilən suallar
Oxşar bloqlar