Xaricdə təhsil
Çin Universitetləri - Tələbələrin Ən Çox Seçdiyi 10 Universitet
TOEFL kursu, xaricdə təhsil almaq istəyən tələbələr üçün vacib bir hazırlıq mərhələsidir. Bu imtahan yüksək səviyyədə akademik ingilis dili biliyi tələb edir və bu səbəbdən uğur qazanmaq üçün peşəkar kurs dəstəyi vacibdir. Star Colleges ilə bu məqsədə çatmaq artıq daha asandır!
Bu kursda siz bunları əldə edəcəksiniz:
TOEFL imtahanının formatı və strukturu ilə ətraflı tanış olacaqsınız;
Aylıq 12 saat yox, 30 saat dərslə proqramı daha dərindən dərk edəcəksiniz;
Bir müəllimlə yox, iki müəllimlə hazırlaşacaqsınız;
Speaking dərsləri ayrıca müəllim tərəfindən keçiriləcək;
Real sınaq testləri ilə özünüzü sınayaraq zəif tərəflərinizi müəyyənləşdirəcəksiniz;
Dinləmə, oxuma, yazma və danışıq bölmələrində strategiyaları öyrənəcəksiniz;
Vaxtı düzgün idarə etmə və streslə mübarizə bacarıqlarını inkişaf etdirəcəksiniz.
Star Colleges-də keçirilən TOEFL kursu, təcrübəli müəllim heyəti və interaktiv dərs metodları ilə sizə tam dəstək verir. Dərslər həm fərdi, həm də qrup şəklində keçirilir və hər bir tələbənin səviyyəsinə uyğun proqram tərtib olunur. Kursun sonunda keçirilən sınaq imtahanları real TOEFL mühitini yaşadaraq sizi tam şəkildə hazırlaşdırır.
TOEFl imtahan qiymeti 2026-cı il üçün qeydiyyatdan keçdiyiniz ölkədən asılı olaraq dəyişir və ümumiyyətlə 190-260 ABŞ dolları arasında olur. Azərbaycanda TOEFL imtahanı üçün ödəniş hazırda təxminən 260 ABŞ dolları təşkil edir. Bundan əlavə, gec qeydiyyat, imtahan tarixinin dəyişdirilməsi və əlavə nəticə hesabatlarının göndərilməsi kimi xidmətlər üçün əlavə ödənişlər tətbiq oluna bilər. Ən son və dəqiq TOEFL imtahan qiymeti məlumatını imtahana qeydiyyatdan keçməzdən əvvəl ETS-in rəsmi saytından yoxlamağınız tövsiyə olunur.
TOEFL kurs əsasən xaricdə təhsil almaq, beynəlxalq şirkətlərdə işləmək və ya akademik sahədə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Kurs, ingilis dili biliklərini beynəlxalq standartlara uyğunlaşdırmaq və bunu rəsmi sertifikatla təsdiqləmək istəyən tələbələr və mütəxəssislər üçün faydalıdır. Həmçinin TOEFL imtahanına məqsədyönlü hazırlaşmaq və daha yüksək nəticə əldə etmək istəyən hər kəs üçün TOEFL kurs uyğun seçimdir.
TOEFL qiymeti seçdiyiniz hazırlıq proqramına və tədris formatına görə dəyişə bilər. Kursun qiymətinə dərslərin fərdi və ya qrup şəklində keçirilməsi, hazırlıq müddəti, həftəlik dərs sayı kimi amillər təsir edir. Buna görə də hər tələbə üçün uyğun proqram və ödəniş fərqli ola bilər. Ən uyğun seçim etmək üçün əvvəlcə ingilis dili səviyyənizin müəyyənləşdirilməsi tövsiyə olunur. Beləliklə, həm ehtiyaclarınıza uyğun proqram seçə, həm də TOEFL qiymeti haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Aktual qiymət aralığı üçün indi əlaqə saxlayın.
TOEFL imtahanı zamanı uğur qazanmaq üçün dinləmə və oxuma mətnlərini anlama, dolğun esse yazmaq və sərbəst danışmaq bacarıqları inkişaf etdirilməlidir. Bu səbəbdən TOEFL hazırlığı zamanı hər bir bölməyə xüsusi yanaşmaq lazımdır. Eyni zamanda, vaxtla yarışdığınızı unutmayaraq, sürətli və dəqiq cavab vermək üçün praktika əsas şərtdir. Bizim peşəkar müəllimlərimiz ilə yüksək nəticəyə çox yaxınsınız.
Online TOEFL kursu, vaxt və məkan məhdudiyyəti olmadan yüksək nəticə əldə etmək istəyən tələbələr üçün ideal seçimdir. Kursumuzda belə tələbələr üçün yüksək keyfiyyətli dərs qrupları təşkil edirik. Keyfiyyət fərqi olmadan daha rahat təhsil almaq imkanını sizə təqdim edirik.
Əgər TOEFL almaq istəyirsinizsə, elə indi dil biliyi səviyyənizi yoxlayın və dərslərimizə qoşulun.
Testimonials
Məmnun Müştəri Rəyləri
Tez tez verilən suallar
Oxşar bloqlar