img
img

Mevlana Mübadilə Proqramı haqqında Sual-Cavab

img
Xaricdə Təhsil

Mevlana Mübadilə Proqramı haqqında Sual-Cavab

Mevlana Mübadilə Proqramı nədir?
Mevlana Mübadilə Proqramı yerli ölkədə təhsil verən ali təhsil müəssisələri ilə xaricdə təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim heyətinin mübadiləsini nəzərdə tutan proqramdır.
Mübadilə proqramı 23 avqust 2011-ci 28034 saylı qanuna əsasən YÖK(Yüksek Öğretim Kurumu) tərəfindən həyata keçirilmişdir.
Proqrama adı verilən Mevlananın əsl adı Məhəmməd Cəlaləddindir.

Mevlana Mübadilə Proqramından kimlər faydalana bilər?
Türkiyədə (ali təhsil müəssisələri arasında qarşılıqlı Mevlana Mübadilə Protokolu imzalanması şərti ilə) ali təhsil müəssisələrinin rəsmi təhsil proqramlarında qeydiyyatdan keçmiş tələbələr, qarşılıqlı Mevlana Mübadilə Protokolunu imzalayan yerli və ya xarici təhsil müəssisələrində çalışan bütün akademik heyət Mevlana Mübadilə Proqramından faydalana bilərlər.

Ali təhsil müəssisəsi tələbələrindən proqramda iştirak üçün kimlər müraciət edə bilməzlər?
Buraxılış kursu tələbələri: IV kurs bakalavr, II kurs magistrantlar və sonuncu il doktorantlar
Azərbaycanda təhsil alan Türkiyə vətəndaşı tələbələr

Mevlana Mübadilə Proqramınnın Digər Proqramlardan Fərqi Nədir?
Ali təhsil Məclisinin üstündə dayandığı ali təhsilin qloballaşma yanaşmasına məhdud səviyyədə töhfə verir. Qobal baxışın vacib bir vasitəsi olan Mevlana Mübadilə Proqramı öz əhatəsində ali təhsilin get-gedə qloballaşan akademik cəhətinə uyğun bir şəkildə proqrama qoşulan tələbələr bəzi ilkin şərtləri nəzərə alaraq, dünyanın hər hansı bir yerində istədiyi universitetdə təhsil alma fürsətini əldə edə biləcəklər.

Mevlana Mübadilə Proqramına kimlər qatıla bilər?
1. Tələbənin ali təhsil assosiativ diplomu
2. Assosiativ diplom bakalavr və subakalavr pilləsində təhsil alan tələbənin 4 ballıq GPA üzrə orta balı ən azı 2,53 olmalıdır.
3. 50% dil üzrə bal, 50% GPA
4. CV
5. Namizəd üzrə müraciət forması (Aday öğrenci başvuru formu)
6. Tələbə bileti
7. Xarici pasport

Tələbələr Mevlana Mübadilə Proqramında iştirak edən zaman təhsil haqqı ödəməlidirlər?
Mevlana Mübadilə Proqramı çərçivəsində tələbələr 1 və ya 2 semestrlik transfer olacağı universitetə heç bir təhsil haqqı ödənişi etmədən, öz yerli universitetlərinə təhsil haqqını ödəməyə davam edirlər.

Mevlana Proqramı Hansı Ölkələrdə Keçərlidir?
Azərbaycan
Belarusiya
Fransa
İtalya
Hollandiya
Rusiya
Norveç
Kanada
Maldoviya
Yunanıstan
İspanya və s.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et