img
img

Almaniyada Təhsil | Almaniya Universitetlərinə qəbul şərtləri

img
Xaricdə Təhsil

Almaniyada Təhsil | Almaniya Universitetlərinə qəbul şərtləri

 

Almaniyada Təhsil haqqında

Niyə məhz Almaniyada Təhsil?

Almaniyada yaşayış və təhsil xərcləri

Almaniyanın ən ideal Universitetləri

Almaniya Universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?

Almaniyada Bakalavr təhsili üçün lazım olan sənədlər

Almaniyada Magistratura təhsili üçün lazım olan sənədlər

Almaniya sizin həyatınızın axarını dəyişdirəcək və sizə təhlükəsiz və keyfiyyətli gələcək təmin edən ölkələr sırasındadır. 
Dünyaca məşhur və nüfuzlu Almaniya universitetləri beynalxaq tələbələri qəbul edir. Almaniya universitet təhsili həm çox asandır, həm də çox qənaətcildir. Xüsusən də ölkəmizdəki özəl universitetlərin qiymətinə nəzər saldıqda Almaniyada təhsil almağın necə doğru seçim olduğunu daha asan başa düşəcəksiniz.
Eyni zamanda Almaniya universitetlərinə qəbul olmaq üçün şərtlər olduqca asandır.

Niyə məhz Almaniyada Təhsil?
1. Prestijli təhsil
2. Dövlət tərəfindən subsidiya dəstəyi
3. Asan qəbul
4. Müraciət asanlığı


Almaniyada yaşayış və təhsil xərcləri

Orta hesabla tələbələrin 68%-i işləyir və təhsillərini maliyələşdirir. Normal şəkildə qənaətcil tələbə Almaniyada 500 avroya yaşaya bilər.
Nəzərə alsaq ki ölkəmizdə bu məbləğ dövlət qulluqçularının aldığı məbləğə yaxındır.
Almaniyada tələbə yay tətili zamanı saatlıq 12 avro və ya daha yüksək qiymətə iş tapa bilər.

Almaniyanın ən ideal Universitetləri
Şturtqart Universiteti
Berlin Texnik Universiteti
Bremen Universiteti
Erfurt Universiteti
Gissen Universiteti
Hamburq Texnik Universiteti
Honnover Universiteti
Gisma Tətbiqat Elmlər Universiteti və s.


Almaniya Universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?

Bakalavr təhsili üçün

1. Orta məktəbi bitirməyinə dair attestat(tərcüməsi)
2. Şəxsiyyət vəsiqəsi
3. Fotoşəkil

Qeyd edək ki, Almaniyada Təhsil üçün Attestatla bir başa qəbul Almaniya dövlət universitetlərinə mümkün deyil. Çünki Almaniyada orta təhsil 12 illikdir. Azərbaycan vətəndaşları bunun üçün Almaniyada “studienkolleg” adlı hazırlıq proqramı keçməlidir və bu proqram almancadır. 
Attestatla Almaniyanın özəl universitetlərində təhsil almağın mümkün olduğunu vurğulamaqda fayda var, lakin bu universitetlərin illik təhsil haqqı ortalama 10.000 avrodan başlayır.
Başqa formada Almaniyada bakalavr təhsili üçün Azərbaycanda hər hansısa ixtisasda 1 və ya 2 illik təhsil alaraq bu müddət ərzindəki transkriptinizlə Almaniyada təhsil üçün müraciət edə bilərsiniz.

 

Magistr təhsili üçün

1. Bakalavr təhsili zamanı ortalama diplom balınız(80+)
2. Passport
3. IELTS və ya TOEFL sertifikatı
4. Motivasiya məktubu
5. Tibb şəhadətnaməsi və s.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et