img
img

Dünyanın Ən Yaxşı 10 Tibb Universiteti

img
Xaricdə Təhsil

Dünyanın Ən Yaxşı 10 Tibb Universiteti

Tibb təhsili ölkəmizdə olduğu kimi bütün dünyada da ən prestijli və populyar seçimlərdən biridir. Səhiyyə sektoru çox vacib bir sektor olduğu üçün bu sektorda çalışan hər bir fərdin hazırlığına çox həssaslıqla yanaşılır.

Dünya Reytinqinə görə 2021-2022-ci ilin ən yaxşı tibb universitetləri hansı universitetlərdir?

1. Harvard Universiteti
Harvard Universiteti dünyanın aparıcı tibbi tədqiqat və ixtira universitetlərindən biridir. 1636-cı ildə əsası qoyulan təhsil ocağı illər ərzində öz uğurlarını qoruyub saxlayıb davam etdirməyi bacarıb.

2. Oksford Universiteti
100 illik tarixi olan Oksford Universiteti dünyanın ən uğurlu alim və rəssamlarını dünyaya tanıdan çox məşhur bir universitetdir. Bu təhsil ocağı həm də tibb təhsili ilə kifayət qədər məşhurdur. Onun məzunları dünyanın ən yaxşı şirkətlərində asanlıqla iş tapa bilir.

3. Kembric Universiteti
Dünyanın ən yaxşı 10 universiteti arasında yer alan Kembric, illərdir təhsilin keyfiyyətindən heç vaxt güzəştə getməyən universitetlər sırasındadır. Əsası 1540-cı ildə qoyulmuş bu universitetdə tibb təhsili ən azı digər şöbələrdəki təhsil qədər keyfiyyətlidir.

4. Con Hopkins
1876-cı ildə qurulan Con Hopkins Universiteti bu gün dünyanın ən yaxşı tibb universitetlərindən biridir. Tibb fakültəsində öz ixtisasının peşakarı olan tibb işçiləri yetişdirmişdir.

5. Toronto Universiteti
Toronto Universiteti Kanadaya təhsil almaq üçün gedən tələbələr arasında çox məşhur bir universitetdir. Universitetin tibb fakültəsi təkcə Kanadada deyil, bütün dünyada tanınır. Toronto Universiteti öyrənmə və tədqiqata əsaslanan dünyanın ən yaxşı tibbi şəbəkələrindən birini yaratmışdır.

6. Karolinska İnstitutu
Əgər siz Avropada tibb təhsili almağı düşünürsünüzsə, dünyanın ən yaxşı tibb təhsil ocaqlarından biri olan Karolinska İnstitutunu mütləq dəyərləndirməlisiniz. İsveçin ən böyük tibbi akademik tədqiqat mərkəzlərindən biri olan bu qurumun tarixi 1810-cu ilə aiddir.

7. London Universitet Kolleci
1826-cı ildə qurulduğu gündən bu yana bir çox ilklərə imza atan London Universitet Kolleci Oksford və Kembric kimi dünya nəhəng universitetləri ilə bərabər şəraitdə təhsil verən xüsusi bir təhsil ocağıdır.

8. Heidelberg Universiteti
Almanyanın ən qədim universitetlərindən biri 1386-cı ildə qurulan Heidelberg Universitetidir.
Universitetin tibb fakültəsi 6 il fəaliyyət göstərir. Bundan əlavə təhsil ocağı 21-ci əsrin tibbi problemlərini aradan qaldırmağı hədəfləyir.

9. Tokio Universiteti
Tokio Universiteti Yaponyada ikinci dünya müharibəsindən əvvəl yaradılmış bir neçə tibb fakültəsinə malikdir. Söhbət prestij və mükəmməllikdən gedirsə, o təkcə Asiyada deyil, bütün dünyada tanınır.

10. Sinqapur Milli Universiteti
1905-ci ildə qurulan Sinqapur Milli Universiteti Yong Loo Lin Tibb ocağı ilə Asiyanın ən yaxşı tibb unuversitetlərindən biridir.
Sinqapur Milli Universiteti Britanya tibb təhsili modelinə əsaslanır.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et