img
img

SAT nədir? SAT nə üçün vacibdir?

img
Xaricdə Təhsil

SAT nədir? SAT nə üçün vacibdir?

SAT nədir?
SAT (Scholastik Aptitude Test) başqa sözlə bir çoxumuzun abbreviatura olaraq eşitdiyimiz SAT ilk əvvəl Amerikada 1926-cı ildə College Board tərəfindən  Amerikada ali təhsil müəssisələrinə qəbul üçün yaradılmış test imtahanıdır. Sonradan isə digər ölkələrdə tətbiq olunmağa başlanmışdır.
SAT Amerikada ildə 7 dəfə, Amerikadan kənar ölkələrdə isə ildə 6 dəfə olmaqla 2 aydan bir keçirilir.

SAT imtahanı neçə hissədən ibarətdir?
SAT imtahanı 2 yerə bölünür.
SAT 1 (Reasoning test)
SAT 2 (Subject test)

SAT1 imtahanının nəticəsi xaricdə təhsil almaq üçün ən çox tələb olunan göstəricidir ki, bu da 3 hissədən ibarətdir.
Mach, Critical Reading və writing.

SAT 1 nədir?
SAT 1 - Reasoning Test adlanır və imtahan 3 saat  45 dəqiqə keçirilir.
Tələbələr burada riyaziyyat, məntiqdən öz biliklərini yoxlayır.
Amerika universitetlərində təhsil almaq istəyənlər isə hər üç bölmədən imtahan verməlidir. Türkiyə universitetlərində təhsil almaq üçün riyaziyyat, ingilis dilindən imtahan vermək kifayətdir.

SAT 2 nədir?
SAT 2 - Subject Test adlanır və imtahan 1 saat müddətində keçirilir. SAT 2 imtahanında tələbələrin seçdiyi universitetlərin tələblərindən aslı olaraq fənlər verilir. Bura fizika, kimya, biologiya və s aiddir.

SAT imtahanına hazırlaşmaq üçün nələr tələb olunur?
İlk olaraq ingilis dilində səviyyəniz (Upper intermediate B2) olmalıdır. Çünki bütün dərslər ingilis dilində keçrilir.

SAT 2 imtahanı verməklə prestijli universitetlərə qəbul şansınızı artıra bilərsiniz.

SAT İmtahanı Hansı Ölkələrdə Etibarlıdır?
Türkiyə
ABŞ
Birləşmiş Krallıq
Kanada
Hollandiya
Avropa İttifaqına üzv ölkələr
Uzaq Şərq

Daha ətraflı məlumat üçün Bizimlə Əlaqə  səhifəsinə keçid edin.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et