img
img

Norveçdə Təhsil | Norveç Universitetlərinə qəbul

img
Xaricdə Təhsil

Norveçdə Təhsil | Norveç Universitetlərinə qəbul

 

Norveçdə Təhsil Haqqında

Norveç Universitetləri haqqında

Norveçdə Bakalavr Təhsili

Norveçdə Magistratura Təhsili

Norveç Universitetlərinə qəbul üçün lazım olan sənədlər

Norveçin ən yaxşı 5 universiteti

Norveçdə Təhsil üçün viza necə almaq olar?

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Norveç özünəməxsus təbiəti və yüksək həyat keyfiyəti ilə xaricdə təhsil almaq istəyən tələbələr üçün əlverişli məkandır. Norveç müasir təhsil sisteminə, dünyanın aşağı cinayət hadisələrinə və inkişaf etmiş demokratiyaya malikdir.
Norveçdə təhsil dekabr, yanvar, iyun ayları arasında iki müddətdən ibarətdir. Dövlət Universitetlərində təhsiliin tamamı ilə pulsuz olsa da, özəl universitetlərdə ödənişlidir. Norveçdə bakalavr təhsili üç il davam edir. Əgər müraciət etmək istəyirsinizsə fevraldan müraciət etməyə başlayın.
Norveçdə təhsil almaq istəyirsinizsə ingilis dili səviyyəniz yaxşı olmalıdır.
Bunun üçün IELTS imtahanlarını vermək lazımdır.

Norveç Universitetləri haqqında
Norveç universitetləri tələbələrin iqtisadi və sosial mənşəyindən aslı olmayaraq, hamı üçün açıq müstasna yüksək keyfiyyətli müəssisələrdən ibarətdir. Davamlı təhsil sisteminə malik Norveç təhsilinin əsas məqsədi tələbələri inkişaf etdirməkdir. Norveç universitetlərini seçən tələbələr son dərəcə yaxşı karyeralara sahib ola bilər.
Hər il xaricdən təxminən 25.000 beynəlxalq tələbəni qəbul edən Norveç həm bakalavr, həm də magistratura təhsili verməkdədir.
Norveç universitetləri ilə tələbələrə təklif olunan təhsil proqramlarında bakalavr pilləsi üzrə müddət 3 il, magistra üzrə 2 il, dokturantura pilləsi isə 3 il müddətindədir.

Bakalavr Təhsili
Burada bakalavr təhsili almaq üçün Norveç dilini bilməyiniz vacibdir. Bunun səbəbi isə çox açıqdır. Çünki Norveçdə ingilis dilində bakalavr proqramı yoxdur. 

Magistratura Təhsili
Norveçdə təhsil almaq istəyən tələbələrin böyük əksəriyyəti magistratura təhsili üçün müraciət edirlər. Səbəbi isə yuxarıda qeyd etdiyimiz kimi, bakalavr pilləsində ingilis dilində proqramın olmamasıdır. Norveçdə magistratura təhsilini ingilis dilində almaq mümkündür. Tələbələrin Norveçdə magistratura təhsilini seçməsinin ən böyük səbəblərindən biri də təhsilin pulsuz olmasıdır.
Norveçdə təhsil almaq üçün yaşam xərclərinizi ödəmək yetərlidir.

Norveç Universitetlərinə qəbul üçün lazım olan sənədlər
Bakalavr diplomu
IELTS 6.0
Yaşayış üçün büdcə
Tövsiyə məktubu(referans)
Şəxsi keyfiyyətlər

Bu sənədlərdən başqa Norveç Universitetlərinə qəbul üçün sizin bakalavr təhsili zamanındakı qiymətlərindən əlavə karyeranızda vacibdir. Bu səbəbdən müraciət zamanı bu nüansları nəzərdə saxlamağınız məsləhətdir.


Norveçin ən yaxşı 5 universiteti
Oslo Universiteti
Oslo Memarlıq və Dizayn Universiteti
Norveç Texnologiya Universiteti
Stavanger Universiteti
Norveç Həyat Elmləri Universiteti

Norveçdə Təhsil üçün viza necə almaq olar?
Norveç öz beynalxaq tələbələrindən təhsil almaq üçün viza tələb edir.
Tələbələr ilk olaraq səfirliyə gətmək əvəzinə rəsmi qurumlarla əlaqə saxlayaraq viza üçün prosedurları yerinə yetirə bilər.
Norveç vizası üçün müraciət edərkən pasportunuz ən azı 3 ay etibarlı olmalıdır.

Əgər siz Norveçdə təhsil almaq istəyirsinizsə, biz "STAR Colleges" şirkəti olaraq sizə kömək edə bilərik. STAR Colleges şirkəti vasitəsilə hər il yüzlərlə tələbə Avropanın bir çox müxtəlif universitetlərinə qəbul olaraq təhsil alırlar. 

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et