img
img

Sabancı Universiteti haqqında | Türkiyədə təhsil 2022

img
Xaricdə Təhsil

Sabancı Universiteti haqqında | Türkiyədə təhsil 2022

Sabancı Universiteti haqqında, Sabancı Universitetinin Karyera İnkişafı, Sabancı Universitetinin Fakültələri, Sabancı Universitetinin İnstitutları, Sabancı Universitetinin yanalarıtaqxa kimi mövzuları bu məqaləmizdə ətraflı şəkildə oxuya bilərsiniz.
 

Sabancı Universiteti haqqında
Türkiyənin ən məşhur, qədim, çoxmədəniyyətli, turizm şəhəri olan İstanbul şəhərində əsası qoyulmuş vəqf universitetidir.  Ömer Sabancı Vakfının rəhbərliyi ilə 1994-cü ildə əsası qoyulmuşdur, ancaq tədrisinə 1999-cu ildə oktyabr ayında başlanmışdır.
Times Higher Education-a görə Türkiyənin ən yaxşı 10 universitetləri arasında 2-ci pillədə yer alır.
"Birgə yaşama və İnkişaf "şüarı ilə fəaliyyət göstərən Sabancı Universiteti İstanbulda Tuzlada yerləşir. Universitetə qəbul olan tələbələr ilk olaraq Təməl İnkişaf Proqramına başlamaq üçün universitetlərin ingilis dili səviyyəsi və ya TOEFL, IBT, CAE, CPE, YDS imtahanlarını verməlidirlər.

Sabancı Universitetinin Karyera İnkişafı
Sabancı Universitetinin tələbələri universiteti bitirdikdən sonra universitetin karyera inkişaf mərkəzi "workshop" proqramı vasitəsilə tələbələrə peşə həyatına hazırlaşmaq üçün lazım olan bilik və bacarıqları əldə etmək imkanı verir.
Bu proqram sayəsində tələbələr həm özəl təhsillərinə uyğun sektorlarda, həm də məşğulluq imkanları haqqında məlumat əldə edə bilirlər.

Sabancı Universitetinin Fakültələri
Kompüter Elmləri və Mühəndislik Fakültəsi

İnformasiya texnologiyası
Sənaye mühəndisliyi
Enerji
Fizika
Kimya

Sosial Elmlər Fakültəsi
İqtisadiyyat
Psixologiya
Sosiologiya
Sosial iş

İdarəetmə Fakültəsi
Kiçik sahibkarlıq
Maliyyə
Maliyyə kiçik proqramı və s.

Sabancı Universitetinin İnstitutları
İdarəetmə
Sosial elmlər
Təbiət və təbiət elmləri

Sabancı Universitetinin yataqxanaları
Universitetin kampus yataqxanaları tələbələrin "Evlərindən uzaqda evi" prinsipi ilə xidmət edir.
Yataqxanaların oğlanlar və qızlar üçün ayrı ayrı binaları mövcuddur. Burada məqsəd tələbələr özlərini evlərindəki kimi hiss etsinlər.
Binalarda internet bağlantısı, telefon, yazı masası mövcuddur.
Bununla yanaşı sağlamlıq imkanı məhdud tələbələr üçün də xüsusi yataqxanalar mövcuddur.
Yataqxanalarda eyni zamanda tibb otaqları da vardır.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et