img
img

Dokuz Eylül Universiteti haqqında - Türkiyədə Təhsil 2022

img
Xaricdə Təhsil

Dokuz Eylül Universiteti haqqında - Türkiyədə Təhsil 2022

Dokuz Eylül Universiteti, Dokuz Eylül Universitetinin tarixi, Dokuz Eylül Universitetinin Fakültələri, Dokuz Eylül Universitetinin İnstitutları, İzmir şəhəri, İzmirin ən məşhur gəzməli TOP 10 yerləri haqqında ətraflı məlumat bu məqaləmizdə yer almaqdadır.

Dokuz Eylül Universiteti İzmir şəhərində yerləşən dövlət Universitetidir. İzmir şəhəri Anadolunun qərbində yerləşən İzmir Türkiyənin ən böyük 3-cü şəhəridir.
Türkiyənin qədim tarixə, mədəniyyətə malik olan İzmir eyni zamanda ölkənin ən çox sakini olan şəhərlərdən biridir. Türkiyənin ən böyük 7-ci limanı İzmirdə yerləşir. Yayda isti, qışda isə yağıntılı və quraq olan bu şəhər turizm şəhəridir.

İzmirin ən məşhur gəzməli TOP 10 yerləri
Kardon
Pasaport
Kıbrıs Şehidleri Caddesi
Gazi Kadınlar Sokağı
Kemeraltı Çarşı
Konak Meydanı
Dorio Mereo Sokağı
İzmir Saat Külesi
Konak Yalı Camisi
İzmir Doğal Yaşam Parkı

Dokuz Eylül Universiteti haqqında
Dokuz Eylül Universiteti 20 iyul 1982-ci ildə İzmirdə əsası qoyulmuş dövlət universitetidir.
Tarixi 20-ci əsrə dayanan universiteti öz nüfuzu ilə bir çox məşhur universitetlər siyahısında yer almaqdadır. Ölkənin ən yaxşı təhsil verən təhsil ocaqlarından biridir. Universitetdə yerli vətəndaşlarla yanaşı xarici vətəndaşlarda təhsil alır. Tədris ingilis və türk dilindədir.

2021-2022-ci il statistikasına əsasən Dokuz Eylül Universiteti toplam 66 mindən çox tələbəyə təhsil vermişdir.  Bunlar arasında 900 xarici ölkə vətəndaşları olan tələbələr yer alır.

Dokuz Eylül Universitetinin tərkibində 18 fakültə, 10 institut, 1 kollec mövcuddur.

Dokuz Eylül Universitetinin Fakültələri:

  • Dənizçilik fakültəsi
  • Buca təhsil fakültəsi
  • Diş həkimliyi fakültəsi
  • Ədəbiyyat fakültəsi
  • Tibb fakültəsi
  • İncəsənət fakültəsi
  • Hüquq fakültəsi
  • Mühəndislik fakültəsi
  • Sağlamlıq fakültəsi
  • Tibb bacısı fakültəsi
  • İdman fakültəsi
  • Baytarlıq fakültəsi və s.

Dokuz Eylül Universitetinin İnstitutları:

  • Din
  • Dənizmilik
  • Sağlamlıq
  • Elmi biliklər və s.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et