img
img

Bakalavr və magistr sahələrini fərqli ixtisaslar üzrə oxumaq olarmı?

img
Xaricdə Təhsil

Bakalavr və magistr sahələrini fərqli ixtisaslar üzrə oxumaq olarmı?

Bəzən tələbələr bakalavr üzrə təhsillərini bitirdikdən sonra müəyyən səbəblərdən magistr üzrə ixtisaslarını dəyişmək istəyir. Yaxud da yeni bir sahəni fəth etmək üçün fərqli magistr dərəcəsi üzrə ixtisas seçir və s. 

İxtisas dəyişimi barədə bir neçə əsas məqamı vurğulaya bilərik:

  • Biznes menecmenti, İnsan resurslarının idarəedilməsi və Turizm kimi ixtisaslar adətən dəyişdirilə bilən ixtisaslardır. Bu ixtisaslara ingiliscə “conversion degree programs” da deyilir. Əsasən ABŞ, Kanada, Böyük Britaniyada və Avropanın özəl universitetlərində bakalavrı istənilən sahə üzrə bitirib magistr proqramını yuxarıda sadalananlardan biri üzrə davam edə bilərsiniz.
  • Adətən Avropanın nüfuzlu dövlət universitetləri ixtisas dəyişimi üçün konkret bakalavr kreditləri tələb edir. İxtisas dəyişimi barədə bəzən əvvəlcədən bir söz demək olmur və son qərarı universitetin qəbul şöbəsi verir.
  • ABŞ, Böyük Britaniya və bəzi Avropa universitetləri ixtisas dəyişərkən tələbələrə 1 və ya 2 semesterlik pre-master proqramı təklif edir. Pre-master proqramı üzrə təhsil almaqla siz magistr proqramı üçün lazım olan dərsləri götürürsünüz və dərs sisteminə və akademik mühitə alışırsınız.
  • Bəzi universitetlər tələbənin magistr oxuması üçün kifayət qədər bakalavr kreditinin olmadığını gördükdə, tələbənin magistr üzrə təhsilinə başlamasına o şərtlə icazə verir ki, magistr təhsili alarkən paralel şəkildə bəzi bakalavr dərslərini oxuyacağı universitetdə götürsün.
  • Əgər magistr oxuyacağınız sahə bakalavrdan fərqlənirsə və oxumaq istədiyiniz sahə üzrə iş təcrübəniz varsa, universitet iş təcrübənizə əsasən sizə qəbul məktubu verə bilər.

Göründüyü kimi, magistrda ixtisas dəyişmək elə də asan bir proses deyil. Əvvəlki illərdə ixtisasını dəyişmək istəyən tələbələrimizi uğurla universitetlərə yerləşdirdiyimizə görə sizə də dəstək göstərə bilərik 

Daha ətraflı informasiya üçün kursumuzun nəzdində fəaliyyət göstərən ödənişsiz xaricdə təhsil konsultasiyalardan yararlana da bilərsiniz.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et