TOEFL Nədir və TOEFL İmtahanı Zamanı Edilən Ən Yayğın 6 Səhv

Event
20 Aug 2025 13:06

TOEFL Nədir və TOEFL İmtahanı Zamanı Edilən Ən Yayğın 6 Səhv

TOEFL nədir - ingilis dili biliyini beynəlxalq səviyyədə ölçən ən tanınmış imtahanlardan biridir. Bu test əsasən ingilis dilli ölkələrdə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. TOEFL imtahanı ABŞ, Kanada, Avstraliya və bir çox Avropa universitetləri tərəfindən rəsmi olaraq qəbul olunur. Bu imtahan tələbənin dörd əsas bacarığını – Reading, Listening, Speaking və Writing – qiymətləndirir.

İmtahan əsasən TOEFL iBT (internet-based test) formatında keçirilir və dünyanın istənilən yerindən onlayn şəkildə də vermək mümkündür. TOEFL xaricdə bakalavr və magistr təhsili almaq istəyənlər, akademik və ya iş mühitində ingilis dili biliyini sübut etməli olan şəxslər, ABŞ-ın viza müraciətlərində dil tələblərini ödəməli olan şəxslər üçün əhəmiyyətlidir. Əgər sən də bu qruplardan birinə daxilsənsə, TOEFL nədir sualına cavab tapmaq və doğru şəkildə hazırlaşaraq aşağıdakı səhvləri etməmək sənin üçün olduqca vacibdir.

TOEFL İmtahanı Zamanı Ən Yayğın 6 Səhv və Onlardan Necə Yayınmaq Olar?

TOEFL imtahanı üçün hazırlıq zamanı tələbələrin buraxdığı bir çox ortaq səhvlər var. Bu səhvləri öncədən bilmək və onlardan yayınmaq, nəticə etibarilə yüksək bal toplamaqda böyük rol oynayır. Aşağıda bu səhvləri bölmələr üzrə araşdıraq:

1. Reading bölməsində vaxtı düzgün idarə etməmək

Səhv: Tələbələr uzun akademik mətnlər qarşısında çaşqınlıq yaşayır və ilk paraqraflarda çox vaxt sərf etdikləri üçün sualları cavablandırmağa kifayət qədər zaman qalmır.

Necə yayınmalı:

  • Əvvəlcə sualları oxuyun, sonra mətnə keçin.

  • “Skim” və “scan” texnikasından istifadə edərək əsas ideyanı tez tutmağa çalışın.

  • Hər mətni maksimum 18–20 dəqiqədə tamamlamağa vərdiş edin.

2. Listening zamanı qeydləri qeyri-effektiv aparmaq

Səhv: Dinləmə zamanı hər detalı yazmağa çalışan tələbələr əsas ideyanı əldən verirlər.

Necə yayınmalı:

  • Qeydlər qısa və simvollu olmalıdır (məsələn: “ex” = example, “prob” = problem).

  • Söhbətin ümumi məqsədini və danışanların münasibətini izləyin.

  • Dinləmə zamanı diqqəti yayındırmamaq üçün məşq etməyə vərdiş edin.

3. Speaking bölməsində səslə düşünmək və ya pauzalar vermək

Səhv: Tələbələr TOEFL imtahanı zamanı cavab verməzdən əvvəl çox düşünür, ya da cümlələr arasında uzun “hmm”, “uhh” tipli pauzalar verir. Bu da axıcılığı pozur.

Necə yayınmalı:

  • Müntəzəm danışıq məşqləri edin – xüsusilə səsli şəkildə özünüzə danışın.

  • Hazır “template”lərdən istifadə edərək cavab quruluşlarını öncədən öyrənin.

  • Danışığ klubları bu sahədə çox kömək edə bilər – çünki real ssenarilər və təlimçilərlə danışmaq bacarığı inkişaf etdirilir.

4. Writing bölməsində struktur və vaxt problemi

Səhv: Yazının giriş hissəsində çox vaxt itirirlər və nəticədə əsas ideyanı tam inkişaf etdirməyə vaxt çatmır.

Necə yayınmalı:

  • Hər esse üçün əvvəlcədən bir plan qurun: giriş – 2 əsas bədən paraqrafı – nəticə.

  • “Integrated Writing” üçün mətn və dinləməni diqqətlə müqayisə edin və əlaqəni düzgün qurun.

  • Yazılarınızı zamanla ölçərək yazın. Bu bacarıq ancaq təcrübə ilə formalaşır.

5. İmtahan günü texniki problemlərə hazır olmamaq (TOEFL Home Edition üçün)

Səhv: Onlayn imtahan üçün texniki yoxlamanı vaxtında etməmək, zəif internet bağlantısı, kamera və mikrofon problemləri.

Necə yayınmalı:

  • ETS-nin verdiyi sistem testlərini imtahandan ən az 3 gün əvvəl sınaqdan keçirin.

  • Səssiz bir otaq seçin və ehtiyat avadanlıq (qulaqlıq, enerji bankı və s.) hazırlayın.

6. Dil biliyinə güvənib struktur və strategiyanı unutmaq

Səhv: İngilis dili biliyi yüksək olan tələbələr imtahan formatını ciddi qəbul etmir, nəticədə texniki səhvlər edir.

Necə yayınmalı:

  • TOEFL imtahanı yalnız ingilis dili biliyini yox, akademik struktura uyğun düşünmək qabiliyyətini də qiymətləndirir.

  • Yüksək dil biliyi olsa belə, imtahan formatına uyğun praktika etmək vacibdir.


TOEFL Hazırlığı üçün Tövsiyələr - TOEFL Nedir Sualına Cavab

TOEFL nedir sualına cavab tapmaq və imtahanda uğur qazanmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək faydalıdır:

  • Rəsmi ETS materiallarından istifadə edin – TOEFL-nin rəsmi saytında çoxlu sayda nümunə testlər mövcuddur.

  • Kursa gedin – Onlayn hazırlıq kursları strukturlaşdırılmış dərslər, canlı müəllim dəstəyi və real sınaq testləri təqdim edir.

  • Vaxt idarəsini öyrənin – İmtahanda hər bölməyə verilən vaxt məhduddur. Mütləq vaxtlı şəkildə məşq edin.

  • Yazdıqlarınızı və danışdıqlarınızı yoxlayın – Öz cavablarınızı dinləyin və təhlil edin. Bu, səhvləri görməkdə kömək edəcək.

Əgər hazırlıq prosesi üçün kurs axtarışındasınızsa, Star Colleges-in peşəkar müəllim heyəti  tərəfindən tədris olunan #TOEFL Kursları sizin üçündür. Elə indi səviyyə imtahanını verib növbəti qrupda yerinizi alın. Yadınızda saxlayın ki, yüksək nəticə üçün sistemli və məhsuldar şəkildə hazırlaşmaq lazımdır.