img
img

Pre-University təhsil proqramı haqqında hər şey

img
Kurslar

Pre-University təhsil proqramı haqqında hər şey

Pre-University nədir?
Pre-University təhsil proqramı haqqında
Pre-University təhsil proqramının əhatə etdiyi ixtisas və fənlər
Pre-University təhsil proqramının faydaları
Pre-University təhsil proqramının tədris müddəti
Pre-University təhsil proqramının tədris ünvanı

Pre-University proqramı - tələbələrin ali təhsil müəssisəsinə qəbul olduqdan sonra universitetin dərs proqramına hazırlıqlı başlamaları üçün təyin edilən təhsil proqramıdır. Pre-University proqramına daha çox bakalavr dərəcəsinə qəbul olan tələbələr müraciət edir. 

Pre-University proqramı tələbələrin bir-başa qəbul olduğu ixtisas fənlərinə hazırlıq məqsədi daşıyır və tələbələri ali təhsilin tədrisindən öncə dərs proqramına hazırlamış olur. Beləliklə, bu proqram bir çox yerli və ya xarici universitetlərdən qəbul alan tələbələrin ixtisas fənləri ilə bağlı olan çətinliklərini öncədən həll etmiş, universitet həyatına uğurlu başlanğıc etməsini təmin etmiş olur. 

Pre-University proqramı tələbələrin tələbə-müəllim, auditoriya münasibətlərinin, ixtisasına uyğun hazırlıq səviyyəsinin inkişafına yönəlmişdir. Bütün bunların nəticəsində artıq tələbələr universitetin ilk günündən həm ali təhsil müəssisəsinin mühitinə uyğunlaşmış, müəllim-tələbə prinsiplərini mənimsəmiş və öz ixtisas fənlərinə hazırlıqlı olaraq başlamış olacaqdır.

Pre-University təhsil proqramı ixtisaslar üzrə aşağıdakı fənləri əhatə etməkdədir.
Tibb ixtisası üzrə:
Kimya
Biologiya
Fizika

Mühəndislik ixtisası üzrə:
Kimya
Fizika
Calculus

İqtisadiyyat, Biznes və Maliyyə ixtisasları üzrə:
Calculus
Mikro and Macro Ekonomıcs

Pre-University təhsil proqramının faydaları nədir?
1. Pre-University tələbələrin ali təhsil müəssisələrinə qəbul aldıqdan sonra ixtisas fənlərinə hazırlıqlı başlamaları üçün nəzərdə tutulmuş təhsil proqramıdır.
2. Pre-University təhsil proqramında bütün fənlərin tədrisi ingilis dilindədir.
3. Tələbələr gələcək inkişaflarına bugündən başlamış olurlar.

Pre-University təhsil proqramının tədris müddəti nə qədərdir?
STAR Pre-University təhsil proqramı həftədə 3 dəfə, hər dərs 1.5 saat olmaqla 3 aylıq tədris müddətini əhatə edir.

Pre-University kursunu hardan əldə edə bilərsiniz?
STAR Colleges peşəkar və 10 illik təcrübəyə malik kollektivi ilə tələbələrini təhsil həyatının inkişaf etdirməsilə yanaşı, həmin tələbələrin universitet seçimlərində, yerli və xarici universitetlərdən qəbulun alınması, həmin universitetlərdəki ixtisaslarına uyğun hazırlıq planının tədris olunmasını təmin edən şirkətdir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et