img
img

İngilis Dilinin səviyyələri; İngilis dili kursu

img
Kurslar

İngilis Dilinin səviyyələri; İngilis dili kursu

İngilis Dilinin Səviyyələri
İngilis dili Beginner (A1) səviyyəsi
İngilis dili Elementary (A2) səviyyəsi
İngilis dili Pre-Intermediate (B1) səviyyəsi
İngilis dili İntermediate (B2) səviyyəsi
İngilis dili Upper-İntermediate (C1) səviyyəsi
İngilis dili Advanced (C2) səviyyəsi

Xarici dil biliyi olmayan bir tələbənin dil məktəblərində ən yüksək səviyyəyə çatması və başa vurması üçün təxmini 1 tədris ili kimi tanınır. Tələbələrin iş əzmkarlığı və dilə meyli nəzərə alınmaqla hazırlanan statistik məlumatlarda bu müddət azaldıla və ya uzadıla bilər.

İngilis dili 6 səviyyədən ibarətdir:
Başlanğıc səviyyə (A1, A2): 
Beginner və Elementary

Orta səviyyə (B1, B2): 
Pre-Intermediate və Intermediate

Akademik səviyyə (C1, C2): 
Upper-Intermediate və Advanced

İngilis dili Beginner (A1) səviyyəsi:
Mənası başlanğıc olan bu səviyyədə insanlar İngilis dilini öyrənməyə çalışırlar. Beginner səviyyəsində şəxsin İngilis dilində heç anlayışı olmur ya da qismən nese bilir. Bu səviyyədə İngiliscə bilgisinə sahib olan şəxslər, sadə söz və ifadələri istifadə edə bilərlər. Günlük olaraq istifadə etdiyimiz açar söz biliklərinə sahib olurlar. Kim olduqları, harada yaşadıqları, tanıdığı adamlar və sahib olduğu şeylər kimi şəxsi bilgilər haqqında suallara cavab verə bilər və ya soruşa bilərlər. 
Sadəcə özlərini qısa bir şəkildə tanıdacaq qədər bilgiyə sahibidirlər. 

İngilis dili Elementary (A2) səviyyəsi:
Beginner səviyyəsinin bir üst səviyyəsi olan Elementary səviyyəsində insanlar sadə İngiliscə sözlər və ya məlumatlar bilirlər. İngiliscə söz bilgisi Beginner səviyyəsinə görə daha çox olub, sadə əsas quruluşda qurulan cümlələri çətinlik çəkmədən anlaya bilirlər. 
Şəxsi bilikləri, ailəsi ilə bağlı fikirlər, maraqlandığı sahələr və bu sahələrlə bağlı bildiklərini əsas cümlələrlə başa düşüləcək şəkildə anlada bilirlər. Rutin mövzularla günlük vərdişləri ilə bağlı günlük dildə ünsiyyət qura bilərlər.

İngilis dili Pre-Intermediate (B1) səviyyəsi:
Bu səviyyədə özünüzdən çox gözəl səviyyədə bəhs edə bilərsiniz. Ortanın üstü mənasına gələn Pre-Intermediate səviyyəsində radio, televiziya kanalları və qəzetdəki gündəlik hadisələri və özləri ilə əlaqədar şəxsi olaraq maraqlandıqları mövzuların əsas hissələrini qavraya bilirlər. Çox əhatəli olmasa da sadə bir formada yuxularını anlada, istəklərini dilə gətirə bilərlər. Pre-Intermediate səviyyəsində İngilis dili biliklərinə sahibsəniz çətinlik çəkmədən xaricə səyahət edə bilərsiniz. 
Gündəlik həyatda təcrübə edilən şeylər aktiv mövzular, maraqlandığınız mövzular haqqında danışılan, yazılanı anlaya və danışa bilərsiniz. Bundan başqa ingilis dili öyənmək üçün əsəs metodlar vasitəsilə bu səviyyədən daha çox məlumatlar öyrənə bilər və daha rahat irəliləyərsiniz.

İngilis dili İntermediate (B2) səviyyəsi:
İngilis dilinin bu səviyyəsində ana dili İngilis dili olan insanlarla başa düşülən səviyyədə ünsiyyət qura bilərsiniz. Digər səviyyələrdən fəqli olaraq daha qarışıq sözləri, cümlələri başa düşüb qarşılıq vermək olur. 
İngilis dilinin bu səviyyəsində rahatlıqla "Mən İngilis dilində danışa bilirəm" deyə bilərsiniz. Əvvəlki səviyyədə anlamaqda yaxşı idinizsə bu səviyyədə artıq anlamağı keçib danışmaqda da rahatsınız. Daha çox İELTS hazırlıqlarıda elə bu səviyyədən başlamaqdadır. 

İngilis dili Upper-İntermediate (C1) səviyyəsi:
Bu səviyyədə gündəlik həyatda ehtiyac duyduğunuz İngilis dilini tam olaraq öyrənirsiniz. Ağlınızdan keçən fikirləri rahatlıqla İngilis dilində izah edə bilir, İngiliscə bir mətni oxuyub asanlıqla tərcümə edə bilərsiniz. İngilis dilini yazılı və şifahi olaraq səlis, doğru və düzgün formada istifadə edib, ümumi İngilis dilini bitirib, akademik İngiliscəyə keçilən bir səviyyədir. Öz işinizlə bağlı təqdimat edə bilər, rahatlıqla mail yaza bilər və cavablandıra bilərsiniz. Uzun danışıqları, konfransları, hətta fərqli vurğularda cümlələdo belə anlaya bilərsiniz. Bütün sosial xəbər proqramlarını, televiziya da olan videoları, proqramları izləyə, alt yazısız film izləyə bilərsiniz. 

İngilis dili Advanced (C2) səviyyəsi:
Üstün səviyyədə İngilis dilini bilmə səviyyəsidir. Bura kimi gəlmisinizsə İngilis dilində ana diliniz kimi danışa bilərsiniz. Düşündüklərini aydın, ayrıntılı və səlis şəkildə ifadə edə bilərsiniz. İstəsəniz İngilis dilində kitab belə yaza bilərsiniz. 
Bu səviyyədə qısa olaraq desək istər İngiltərə, istərsə də Amerika kimi rəsmi dili İngilis dili olan, istərsə də fərqli dildə danışan hər hansı bir ölkədə rahatlıqla yaşayacaq qədər İngilis dili bilirsiniz deməkdir. 

Bir dil məktəbində dil təhsilinə başlamaq istəyirsinizsə mütləq başlanğıc səviyyədən davam etməlisiniz kimi bir qayda yoxdur. İlk öncə İngiliscənizin hansı səviyyədə olduğunu öyrənməlisiniz. Bunu təyin etmək üçün şifahi, müsahibə və ya səviyyə testi kimi fərqli yollarla dil səviyyəniz öyrənilə bilər. Beləliklə sınaqdan sonra dilimizin hansı səviyyədə olduğunu bildikdən sonra təhsilinizə ehtiyac olan yerdən başlaya bilərsiniz.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et