img
img

GRE İmtahanı haqqında

img
Kurslar

GRE İmtahanı haqqında

GRE İmtahanı nədir?
GRE Imtahanı məzunların qəbul üçün dünyanın ən böyük qiymətləndirmə proqramlarından biridir və imtahan Təhsil Test Xidməti (ETS ) tərəfindən idarə olunur. Struktur baxımından SAT imtahanını xatırladan GRE General Test və GRE Subject Testi kimi iki fərqli imtahandan ibarətdir.  İlk dəfə 1949-cu Educational Testing Service tərəfindən yaradılmışdır.  İmtahan, tələbələrin şifahi, riyazi, yazı və düşünmə bacarıqlarını ölçür.
GRE imtahan nəticəsi dünyanın 160-dan çox ölkəsində 1000-dən artıq universitet tərəfindən tanınır. İmtahan yazılı (paper-based) və kompüter əsaslı (computer-based) olmaqla 2 cür təşkil olunur. İmtahan sertifikatı 5 il müddətində etibarlıdır. 

GRE imtahanın 2 növü mövcuddur:
GRE  General Test (Hər kəs verməlidir)
GRE  Subject Test (Universitetin tələbindən asılıdır)

GRE General Testi 3 fərqli bölmədən ibarətdir:
1. Oxuma
2. Riyazi
3. Analitik yazı

GRE Subject Test nedir?
Burada seçdiyiniz ixtisas və universitetin tələbindən asılı olaraq ayrı-ayrı fənnlər üzrə imtahanlar verilir.
1.Biologiya
2.Biokimya
3.Kimya
4.Kompyuter elmləri
5.Fizika
6.Riyaziyyat
7.İngilis ədədbiyyatı
8.Psixologiya

İmtahan qiymətləndirilməsi necə təyin edilir?
GRE imtahanın qiyməti 350 manatdır. Bir ayda 3-4 dəfə təşkil olunur. İmtahanda toplaya biləcəyiniz maksimum bal 340 baldır. Nəticələr 2 həftəyə çıxır və sayta yerləşdirilir. Həmçinin Türkiyənin bir çox universitetləri tərəfindən tələb olunur. 

İmtahana kimlər müraciət edə bilər?
Universitetlərdə sosial elmlər və mühəndislik üzrə magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən tələbələr bu imtahanı verə bilərlər. Bundan əlavə, son illərdə bəzi universitetlər GRE balı ilə biznesin idarə edilməsi üzrə magistr təhsili almaq istəyən tələbələri də qəbul edirlər.
Xüsusilə də Amerikada təhsil almaq istəyən tələbələr iştirak eləməlidir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et