img
img

GMAT imtahanı nədir? GMAT imtahanı haqqında

img
Kurslar

GMAT imtahanı nədir? GMAT imtahanı haqqında

GMAT İmtahanı nədir?
GMAT İmtahanı Haqqında

GMAT (Graduate Management Admission Test) Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər bu imtahandan keçməlidir. 
Belə ki, Amerika universitetlərinə magistr dərəcəsi və ya doktorantura üçün müraciət etdikdə sizdən GMAT imtahanı tələb olunacaq. Bu bütün universitetləri əhatə etmir. Bəzi dəqiq elmlər var ki, onlar üzrə magistr təhsili almaq istəyəndə bu imtahan tələb olunur. Bu imtahan dünyanın müxtəlif yerlərində keçirilir. Həmçinin bu imtahana hazırlıqlar da bir çox ölkələrdə mövcuddur. 
GMAT (Graduate Management Admission Test) 3.5 saat çəkən kompüter adaptiv test imtahanıdır və 4 hissədən ibarətdir:
Quantitative Reasoning - 31 sual, 62 dəqiqə
Verbal Reasoning - 36 sual, 65 dəqiqə
Integrated Reasoning - 12 sual, 30 dəqiqə
Analytical Writing Assessment - 1 inşa, 30 dəqiqə

GMAT balı 200-800 arasında dəyişir. Əksər tələbələr 400-600 bal arası nəticə göstərirlər, buna görə də 600+ kifayət qədər ciddi bal sayılır. 
Integrated Reasoning 1-8 bal aralığında, Analytical Writing isə 1-6 bal aralığında qiymətləndirilir.

GMAT imtahanı da kompüter vasitəsilə keçirilir, lakin dünyanın bəzi ölkələri var ki, orada kompüterlə imtahan vermək mümkün olmadıqda yazılı olaraq GMAT imtahanı vermək mümkündür. Qeyd etdiyim kimi GMAT imtahanında ingilis dili səviyyəsi ilə yanaşı, digər vacib olan ixtisaslardan da səviyyə yoxlanılır.

GMAT imtahanı hal-hazırda yalnız MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin prestijli universitetləri də bunu tələb edir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et