img
img

Duolingo imtahanı nədir? Duolingo haqqında ətraflı məlumat

img
Kurslar

Duolingo imtahanı nədir? Duolingo haqqında ətraflı məlumat

Duolingo imtahanı nədir? Duolingo imtahan qaydaları necədir? Duolingo imtahan mərhələləri hansılardır? - bu və kimi sualların cavabını bu məqaləmizdən ətraflı şəkildə əldə edə bilərsiniz.

Duolingo imtahanı nədir?
Duoling dünyanın məşhur dil öyrənmə platformasıdır və 300 mindən çox istifadəçisi vardır.
Xarici universitetlərdə oxumaq istəyən tələbələr ingilis dili biliklərini yoxlamaq üçün Duolingo imtahanını verməlidirlər. Duolingo imtahanı online şəklində keçirilir. İmtahanı vermək üçün kompüter və veb kamera kimi vəsaitlər mütləqdir.
Duolingo imtahanı dünyanın hər bir ölkəsində istifadə edilən imtahandır. İmtahanı keçmək üçün xüsusi kitab vəsaitləri və ya başqa vəsaitlər lazım deyil. İmtahan vermək istəyən tələbələr ingilis dilində danışıq, yazı, oxu bacarıqlarına malik olmalıdır.

Duolingo imtahan müddəti qədərdir?
İmtahana başlanıldığı müddətdən 1 saat davam edir.
İmtahan bitdikdən 48 saat ərzində cavablar tələbəyə göndərilir.

Duolingo imtahanının neçə mərhələdən ibarətdir?
Duolingo imtahanı zamanı tələbənin dil biliyi səviyyələri mərhələli şəkildə yoxlanılır.
Mərhələlər bunlardır:
1. Şəkilli test
2. Yazılı tes
3. Audio test
4. Paraqrafda sözləri tamamlamaq. (təsdiq olan sözləri)
5. Verilmiş cümlələri tamamlayın
6. Verilmiş sözləri tələffüz etmək
 
Şəkil test - Burada şəkildə nə verilibsə onu tələbə yazmalıdır.


Yazılı test (həqiqi sözlər)  - Bu tapşırıqda mətndə həqiqi və ya uydurma sözlər verilir. Tələbə diqqətli olmalı, yalnız həqiqi sözləri seçib yazmalıdır.

Audio test - Tələbə burada səssiz bir otaqda sözlərə diqqətlə zaman dairəsində qulaq asmalı, yalnız həqiqi sözləri yazmalıdır. Tələbənin cümləni 3 dəfə dinləmə haqqı var.

Paraqrafdakı sözləri tamamla testi - Testin məğzi paraqrafdakı boş yerləri həqiqi sözlərlə tamamlamaqdır. Bu testdə tələbənin söz və qrammatik bazası yoxlanılır.

Verilmiş sözləri tələfüz etmə testi - Burada isə tələbənin  sözləri düzgün tələffüz etməsi yoxlanılır. Tələffüz zamanı intonasiya və vurğunu dəqiq, yerində, sözlərdə bəzi hecaları uzun, bəzilərini isə qısa tələffüz etməlidir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et