img
img

TOEFL nədir? TOEFL imtahanı necə keçirilir?

img
Kurslar

TOEFL nədir? TOEFL imtahanı necə keçirilir?

TOEFL nədir? TOEFL imtahanı internet üzərindən necə verilir? Kağız əsaslı test (TOEFL PBT) necə keçirilir? Kimlər bu imtahanı verə bilər? - bu kimi sualların cavabını ətraflı şəkildə məqaləmizdən əldə edə bilərsiniz.

TOEFL nədir?
TOEFL (English as a Foreing Language) ingilis dilini qiymətləndirən beynalxaq imtahandır.  İlk dəfə 1964-cü ildə Böyük Britaniyada Xarici dil testi kimi keçirilmişdir. İmtahan dünyanın hər bir nüfuslu universitetləri tərəfindən qəbul olunur. Statistikaya əsasən TOEFL imtahanından hər il 1 milyondan artıq insan imtahan verir. TOEFL imtahanının başqa imtahandan fərqləndirən xüsusiyyətlərindən biri də imtahanı internet üzərindən vermək mümkündür. Həm də imtahan yazılı şəkildə də keçirilir. İmtahanın keçrilməsinin əsas məqsədi  ingilis dilini şifahi və yazılı şəkildə başa düşmək, eyni zamanda universitet səviyyəsində yazılı ingilis dilini strukturunu tanımaq bacarığınızı ölçməkdir.

TOEFL imtahanı internet üzərindən necə verilir?
İnternetlə imtahan vermək forması Internet Baset TOEFL adlanır.
Bu imtahan 4 hissədən ibarətdir:
Reading(oxumaq)
Listening(qulaq asmaq)
Speaking(danışıq)
Writing(yazı)

Reading hissəsində mətnlər verilir. Mətndəki suallara cavab vermək lazımdır.
Listening hissəsində şəkillər, dialoqlar verilir.
Speaking, writing hissələrində isə tələbənin həm danışığı, həmdə yazısı yoxlanılır. Hər biri 12 və ya 14 sualdan ibarətdir.

Kağız əsaslı test (TOEFL PBT) necə keçirilir?
TOEFL PBT 3 hissədən ibarətdir:
30-40 dəqiqəlik dinləmə  seansı
15 cümlə tamamlama
Hekayə bölməsi tamamlama
Səhvləri aşkarlama

Kimlər bu imtahanı verə bilər?
İmtahanı  bütün tələbələr verə bilər, lakin tələbənin  ingilis dili biliyi yüksək olmalıdır.
İmtahanın nəticəsinin etibarlılıq müddəti iki ildir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et