img
img

IELTS imtahanı haqqında hər şey

img
Kurslar

IELTS imtahanı haqqında hər şey

IELTS imtahanı haqqında, IELTS imtahanının nəticələrini zaman əldə edilir, IELTS imtahan bölmələri istiqamətləri haqqında ətraflı məlumatlar məqaləmizdə yer almaqdadır.

IELTS imtahanı nədir?
Beynalxaq İngilis Dili Test Sistemi dünyanın ən tanınmış ingilis dili imtahanıdır.
IELTS testləri daha çox 121-dən çox ölkədə təşkil edilir.
Xaricdə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən tələbələr bu imtahanı verməlidir. IELTS imtahanı online və yazılı həyata keçirilir, lakin bu imtahan ölkəmizdə yazılı keçirilir. İmtahanda toplanılan ən yüksək bal 9 baldır.


IELTS imtahanı 2 istiqamətdə keçirilir.
1. IELTS General - Bu imtahanı xarici ölkələrə iş üçün gedən miqrantlar verir.
2. IELTS Academic - Xarici ölkələrdə təhsil almaq istəyən tələbələr bu imtahandan layiqincə keçməlidir.
IELTS imtahanı 4 bölmədən ibarətdir.
1. Reading(oxumaq) imtahan müddəti 60 dəqiqədir, 40 sualdan ibarətdir. 3 hissəlik oxu mətni təqdim edilir.
2. Writing(yazmaq) 60 dəqiqə vaxt verilir. 2 tapşırıqdan ibarətdir: Task 1, Task 2
3. Listening(dinləmə) 30 dəqiqə vaxt verilir, 40 sualdan ibarətdir. Tələbə mətnə qulaq asdıqdan sonra test tapşırıqlarını yerinə yetirməlidir.
4. Speaking(danışmaq) 11-15 dəqiqə vaxt müddətindədir. Tapşırıq 3 hissədən ibarətdir. 

IELTS imtahanının nəticələrini zaman əldə edə bilərəm?
IELTS imtahanının nəticələri qısa zamanda təqdim olunur.
İmtahan verdiyiniz gündən 3-5 gün sonra nəticələr elan olunur. Bu online imtahana aiddir.
Əgər yazılı, kağız üzərindən vermisinizsə bu zaman 13 gündən sonra elan edilir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et