Haqqımızda

STAR Colleges olaraq, tələbələrimizin potensialını aşkarlamaq və reallaşdırmaq üçün buradayıq.

Haqqımızda

“STAR Colleges” MMC 2021-ci ildə təsis edilmiş və top reytinqli universitetlərə hazırlıq mərkəzi kimi fəaliyyət göstərir. Kollektivimiz 10 ildən artıq təhsil sahəsində ixtisaslaşmış peşəkar müəllimlərdən ibarətdir.

Missiyamız

Gənclərimizə parlaq gələcək təmin etmək üçün onlara keyfiyyətli təhsil verməkdir. Tələbələrimizin yüksək keyfiyyətli təhsil alaraq xaricdə daha əsaslı təhsil əldə etməsi üçün əlimizdən gələn dəstəyi göstəririk.

Xidmətlərimiz

STAR Colleges əsasən xarici universitetlərə hazırlıq üzrə ixtisaslaşmışdır. Tələbələrimiz peşəkar müəllim heyəti ilə beynəlxalq proqramlara hazırlaşıb, yüksək nəticələr əldə edir və mütəxəssislərimiz tərəfindən xaricdə təhsil üçün hər addımda dəstək alırlar.

Filiallarımız

– Port Baku filialı
– Port Baku filialı 2
– Statistika filialı
– Statistika filialı 2
– Əhmədli filialı

Mərkəzlərimizdə Təklif Edilənlər

– İmtahan otaqları
– Praktika otaqları
– Danışıq otaqları
– Kitabxana
– Kino zalı
– Bufet

Tələbələrimiz qrammatikanı öyrəndikdən sonra imtahan otaqlarında biliklərini möhkəmlədir, danışıq otaqlarında öyrəndiklərini tətbiq edir, kino zalda ingilis dilində filmlər izləyərək dinləmə bacarıqlarını inkişaf etdirirlər və kitabxanada xarici ədəbiyyatlar oxuyurlar.

"Hər bir insanın içində bir potensial var. Bizim missiyamız bu potensialı aşkarlamaq və onu reallaşdırmaq üçün sizə yol göstərməkdir. Təhsil həyatınızı dəyişdirə biləcək ən güclü vasitədir."

Hüseyn Məhərrəmov