Amerikada Təhsil 2026 | Təqaüdlə Amerikada Tehsil Al

Amerikada Təhsil

Amerika

Amerikada təhsil almaq sadəcə akademik bir dərəcə deyil, qlobal karyera üçün atılan ən böyük addımdır. Dünyanın ən reytinqli universitetləri, innovativ texnologiyalar və məzun olduqdan sonra beynəlxalq iş imkanları (OPT) səbəbindən hər il minlərlə tələbə Amerikada tehsil yolunu seçir.

Biz sizə amerikada təhsil yolunda ilk addımdan məzuniyyətə qədər hərtərəfli dəstək göstəririk. İstər mühəndislik və texnologiya, istərsə də biznes və incəsənət sahəsində təhsil almaq istəyin, geniş ixtisas seçimi ilə hədəflərinizə ən uyğun proqramı tapmaqda sizə kömək edəcəyik. Təhsil prosesinin hər bir mərhələsində – universitet və ixtisas seçimindən tutmuş, sənəd hazırlığı və müraciət prosesinə qədər peşəkar komandamız yanınızdadır. Gələcəyinizə edəcəyiniz ən böyük investisiya olan bu yolda bizimlə birgə addımlayın! Star Colleges olaraq biz sizə bu mürəkkəb prosesdə bələdçilik edir, ABŞ universitetlərinə qəbul, viza dəstəyi və təqaüd tapmaqda peşəkar xidmət göstəririk.

Amerikada Təhsil - Üstünlükləri Nələrdir?

Amerikada təhsil dünya miqyasında tanınan diplom əldə etmək, qlobal iş və təcrübə imkanlarına çıxış qazanmaq və zəngin kampus həyatı yaşamaq baxımından böyük üstünlüklər təqdim edir. ABŞ universitetləri elm, texnologiya və innovasiya sahəsində qabaqcıl mərkəzlər hesab olunur və tələbələrə müasir laboratoriyalar, startap ekosistemləri və güclü akademik resurslar vasitəsilə həm peşəkar, həm də fərdi inkişaf üçün geniş imkanlar yaradır.

Amerikada Təqaüdlü Təhsil İmkanları

Təhsil xərcləri yüksək olsa da, Amerikada təqaüdlü təhsil almaq tamamilə realdır. Biz tələbələrimizə xərcləri minimuma endirmək üçün aşağıdakı təqaüd növlərini təklif edirik:

  • Merit-Based Scholarships: Yüksək akademik göstəricilər (SAT/GPA) əsasında verilən təqaüdlər.

  • Need-Based Financial Aid: Tələbənin ailəsinin maddi vəziyyətinə əsasən universitet tərəfindən ayrılan yardımlar.

  • İdman Təqaüdləri: Peşəkar idmançılar üçün nəzərdə tutulmuş xüsusi proqramlar.

  • Fulbright Proqramı: Magistratura pilləsi üçün tam maliyyələşən dövlət proqramı.

Komandamız profilinizi analiz edərək sizin üçün ən uyğun təqaüd proqramını tapır və qəbul şansınızı artırır.

Amerikada Təhsil Qiymətləri (Təxmini Büdcə)

Aşağıdakı cədvəldə ABŞ-da təhsilin orta illik xərcləri göstərilmişdir:

 Universitet Növü İllik Təhsil Haqqı (Ortalama) 
 İcma Kollecləri (Community Colleges)  $3,500 – $12,000
 Dövlət Universitetləri $15,000 – $35,000
 Özəl Universitetlər $30,000 – $60,000

Qeyd: Təqaüd proqramları ilə bu məbləğləri 50-100% azaltmaq mümkündür.

Niyə Star Colleges ilə Müraciət Etməlisiniz?

Dünyanın ən prestijli universitetlərində təhsil almaq imkanları ilə həyatınızı dəyişdirə bilərsiniz. Təcrübəli mütəxəssislərimiz sizə uyğun təhsil proqramını seçməkdə və qəbul prosesində dəstək olacaqlar. Bu fürsət sizə beynəlxalq təcrübə qazanmaq, yeni mədəniyyətlərlə tanış olmaq və karyeranızı qlobal səviyyəyə yüksəltmək imkanı verir. Star Colleges ilə dünya standartlarında təhsil alın. Siz də amerikada təhsil almaq istəyirsinizsə, bu gün bizimlə əlaqə saxlayın. ABŞ universitetlərində təhsil fürsətlərindən yararlanın və uğurlu gələcəyinizi qurun.

Müraciət edin
Alumni Network

Tez tez verilən suallar

Amerikada təhsil almaq üçün universitetlərin qəbul tələblərini öyrənin, müraciət formalarını doldurun və tələb olunan sənədləri təqdim edin. Vizaya müraciət etməyi də unutmayın.

İlk addım uyğun universitet və ixtisasın seçilməsidir. Şirkətimiz sizin akademik göstəricilərinizə, maraq sahənizə və büdcənizə uyğun universitetləri müəyyənləşdirir və seçim prosesində tam dəstək göstərir.

Ümumi olaraq transkriptlər, attestat/diplom, CV, motivasiya məktubu, referans məktubları, ingilis dili sertifikatı (IELTS/TOEFL/Duolingo), bəzi ixtisaslarda əlavə portfolio və ya esse tələb olunur. Sənədlərin hazırlanmasında peşəkar şəkildə kömək edirik.

Bəli. ABŞ-da həm tam, həm də qismən təqaüdlər mövcuddur. Fulbright kimi tam təqaüd proqramları ilə yanaşı, universitetlərin “merit-based” və “need-based” təqaüdlərinə də müraciət etmək mümkündür.

Yaxşı akademik göstəricilər, yüksək səviyyədə ingilis dili bilikləri, aktiv sosial fəaliyyət, güclü motivasiya məktubu və düzgün hazırlanmış sənəd paketi təqaüd qazanma şansını artırır.

Əksər universitetlərdə sənəd qəbulu payız aylarında başlayır və qış-yaz aylarına qədər davam edir. Ertələmiş və ya erkən müraciət (Early Action/Decision) proqramları da mövcuddur.

Amerikada təhsil üçün adətən IELTS/TOEFL nəticəsi, attestat və ya diplom, transkriptlər, motivasiya məktubu, CV və (tətbiq olunursa) tövsiyə məktubları tələb olunur.

Universitetlərdə əsas qəbul dövrləri Fall (sentyabr) və Spring (yanvar) semestrləridir, lakin Amerikada təhsil istəyənlər üçün bəzi proqramlarda yay qəbul mərhələsi də mövcuddur.

Amerikada təqaüdlü təhsil üzrə STEM sahələri (Engineering, Computer Science, Biology və s.) ən geniş təqaüd təklif edilən istiqamətlərdir, lakin Amerikada təqaüdlü təhsil humanitar sahələr üzrə də əlçatandır.

Amerikada təhsil almaq üçün orta universitetlər TOEFL 70–80, daha reytinqli universitetlər isə TOEFL 90+ və ya IELTS 6.5+ nəticə tələb edir.

Bakalavr üzrə Amerikada təhsil almaq üçün SAT hər universitetdə məcburi olmasa da üstünlük yaradır, magistratura üçün isə bəzən GRE və ya GMAT tələb oluna bilir.

Əksər universitetlər üçün GPA 80%+ (3.0/4.0) üstünlük hesab olunur, lakin yüksək səviyyəli təqaüdlər üçün daha yüksək göstərici tələb oluna bilər.

Testimonials

Məmnun Müştəri Rəyləri

Amerikada pulsuz tehsil və ya yüksək endirimlər haqqında çox şey eşitmişdim, amma reallığı burada öyrəndim. Mənə boş vədlər yox, real şanslarımı dedilər. Bu dürüstlüklərinə görə Star Colleges-ə minnətdaram.

Client

Təhsim Məsimov

Tələbə

Viza müsahibəsindən çox qorxurdum, amma buradakı komanda məni elə hazırladı ki, görüş çox rahat keçdi. Amerikada təhsil almaq istəyirsinizsə, işi peşəkarlara tapşırın. Star Colleges bu işdə həqiqətən ən yaxşısıdır.

Client

Kamran Babayev

Tələbə

Qızımı Amerikaya göndərmək bizim üçün böyük bir addım idi. Star Colleges-in təkcə qəbul yox, həm də yerləşmə və sığorta məsələlərindəki dəqiqliyi bizi çox arxayın etdi. Amerikada təhsil üçün güvənli ünvan axtarırsınızsa, tərəddüd etməyin.

Client

Vaqif Ağayev

Valideyn

Amerikada təhsil almaq həmişə xəyalım idi, amca maliyyə imkanlarımız məhdud idi. Bir çox konsaltinq şirkəti ilə danışdım, hamısı baha xidmət haqları tələb edirdi. Nəhayət, düzgün komandanı tapdım. Onlar mənə Amerikada təqaüdlü təhsil üçün yönləndirmə etdilər. Təkcə universitet seçimi yox, həm də essay yazmaqdan, müsahibə hazırlığına qədər hər addımda mənimlə idilər. Nəticədə, UC Berkeley-dən tam ödənişli təqaüd qazandım. İndi Amerikada təhsil almaq xəyalım həqiqət oldu.

Client

Fərid Həsənov

Tələbə

Mən Amerikada pulsuz təhsil imkanlarının olduğuna inanmırdım. Çox araşdırdım və sonunda bu komandanın köməyi ilə MIT-nin need-based financial aid proqramına müraciət etdim. Onlar mənim müraciətimi elə hazırladılar ki, akademik nailiyyətlərimlə yanaşı, şəxsi hekayəm də diqqət mərkəzində olsun. Qəbul və tam maliyyə dəstəyi aldım. Bu, həqiqətən Amerikada pulsuz tehsil deməkdir.

Client

Leyla Cabbarova

Tələbə

Əgər sənədlərinizdə bir balaca səhv olsa, viza almaq çətinləşir. Mən bu riski almadım və Star Colleges-ə müraciət etdim. İndi Florida-da tələbəyəm. Amerikada təhsil almaq istəyən dostlarıma ancaq buranı tövsiyə edirəm.

Client

Aynur Qasımbəyli

Tələbə

Oğlum Amerikada təqaüdlü təhsil üçün hazırlaşırdı. SAT, TOEFL, AP imtahanları, essay yazma... Hamısını bir mərkəzə, elə Star Colleges-ə həvalə etdik. Müəllimlər onun zəif və güclü tərəflərini müəyyən edib, hər bir kurs üzrə üzərində işlədilər. Amerikadan qəbul onun üçün böyük uğur oldu. Amerikada təhsil üçün düzgün mərkəz olmadan bu nəticə əldə etmək mümkün olmazdı.

Client

Kəmaləddin Dəmirov

Valideyn

Mənim üçün ən çətin mərhələ universitetlərə esse yazmaq və müraciət idi. Amerikada təhsil üzrə mütəxəssisləri mənə hər cümlədə kömək etdilər. Star Colleges-in peşəkarlığı sayəsində istədiyim ştatda, istədiyim ixtisasa qəbul oldum.

Client

Leyla Manaflı

Tələbə

Həmişə xəyalım idi, amma amerikada təhsil almaq mənə uzaq bir xəyal kimi gəlirdi. Star Colleges-ə gələndən sonra başa düşdüm ki, düzgün sənədləşmə ilə hər şey mümkündür. İndi ABŞ-da təhsil alıram, viza prosesindəki dəstəkləri üçün onlara minnətdaram.

Client

Elnur Məmmədli

Tələbə

Oğlum üçün amerikada təhsil imkanlarını araşdıranda qarşımıza çox baha qiymətlər çıxırdı. Amma burada bizə amerikada təqaüdlü təhsil ala biləcəyimiz universitetləri göstərdilər. Övladım artıq təqaüdlə oxuyur, həm də çox prestijli bir universitetdə. Çox sağ olun!

Client

Səidə Nəbiyeva

Valideyn

Oxşar bloqlar

Whatsapp

Kömək Lazımdır?