Xarici Dil
İngilis dili öyrənmək üçün proqram siyahısı - 2026-cı il üçün ən çox istifadə olunan tətbiqlər.
TOEFL kursu, xaricdə təhsil almaq istəyən tələbələr üçün vacib bir hazırlıq mərhələsidir. Bu imtahan yüksək səviyyədə akademik ingilis dili biliyi tələb edir və bu səbəbdən uğur qazanmaq üçün peşəkar kurs dəstəyi vacibdir. Star Colleges ilə bu məqsədə çatmaq artıq daha asandır!
Bu kursda siz bunları əldə edəcəksiniz:
TOEFL imtahanının formatı və strukturu ilə ətraflı tanış olacaqsınız;
Aylıq 12 saat yox, 30 saat dərslə proqramı daha dərindən dərk edəcəksiniz;
Bir müəllimlə yox, iki müəllimlə hazırlaşacaqsınız;
Speaking dərsləri ayrıca müəllim tərəfindən keçiriləcək;
Real sınaq testləri ilə özünüzü sınayaraq zəif tərəflərinizi müəyyənləşdirəcəksiniz;
Dinləmə, oxuma, yazma və danışıq bölmələrində strategiyaları öyrənəcəksiniz;
Vaxtı düzgün idarə etmə və streslə mübarizə bacarıqlarını inkişaf etdirəcəksiniz.
Star Colleges-də keçirilən TOEFL kursu, təcrübəli müəllim heyəti və interaktiv dərs metodları ilə sizə tam dəstək verir. Dərslər həm fərdi, həm də qrup şəklində keçirilir və hər bir tələbənin səviyyəsinə uyğun proqram tərtib olunur. Kursun sonunda keçirilən sınaq imtahanları real TOEFL mühitini yaşadaraq sizi tam şəkildə hazırlaşdırır.
TOEFL imtahan qiymeti hazırda təxminən 195–250 ABŞ dolları arasında dəyişir və ölkəyə görə fərqli ola bilər. Azərbaycanda imtahanın qiyməti adətən 220-235 dollar civarındadır. Qeydiyyat zamanı əlavə xidmətlər, gecikmiş müraciət və ya nəticə göndərişi kimi faktorlar qiymətə təsir edə bilər. Dəqiq məbləği ETS rəsmi saytından yoxlamaq tövsiyə olunur.
TOEFL imtahanı zamanı uğur qazanmaq üçün dinləmə və oxuma mətnlərini anlama, dolğun esse yazmaq və sərbəst danışmaq bacarıqları inkişaf etdirilməlidir. Bu səbəbdən TOEFL hazırlığı zamanı hər bir bölməyə xüsusi yanaşmaq lazımdır. Eyni zamanda, vaxtla yarışdığınızı unutmayaraq, sürətli və dəqiq cavab vermək üçün praktika əsas şərtdir. Bizim peşəkar müəllimlərimiz ilə yüksək nəticəyə çox yaxınsınız.
Online TOEFL kursu, vaxt və məkan məhdudiyyəti olmadan yüksək nəticə əldə etmək istəyən tələbələr üçün ideal seçimdir. Kursumuzda belə tələbələr üçün yüksək keyfiyyətli dərs qrupları təşkil edirik. Keyfiyyət fərqi olmadan daha rahat təhsil almaq imkanını sizə təqdim edirik.
Əgər TOEFL almaq istəyirsinizsə, elə indi dil biliyi səviyyənizi yoxlayın və dərslərimizə qoşulun.
Testimonials
Məmnun Müştəri Rəyləri
Hal-hazırda ABŞ-da təhsil almağımın əsas təşəbbüskarı olan Star Colleges heyətinə dərin təşəkkürümü bildirirəm. TOEFL imtahanına peşəkar hazırlıq və düzgün yönləndirmələri sayəsində ABŞ universitetindən qəbul aldım. Göstərdikləri dəstəyə görə minnətdaram.
Elvin Quliyev
TələbəOnline TOEFL kursu iş cədvəlimə uyğun olduğuna görə mənim üçün ideal seçim oldu. Dərslərin interaktiv olması isə öyrənməyi asanlaşdırmaqdan əlavə online dərsə qarşı mənfi fikirlərimi də yox etdi.
Günel Əliyeva
TələbəOnline TOEFL kursu ilə evdən rahat şəkildə hazırlaşdım. Video dərslər və materiallar çox sistemli təqdim olunur. Yola sərf etdiyim yolu isə sınaq testləri işləməyə sərf edirdim.
Tural Məmmədli
TələbəTOEFL imtahanı ərəfəsində ən çox ehtiyacım olan dəstək və izahları burada aldım. Müəllimlər yüksək bal toplamaq üçün hər şeyi başa salırlar. Sınaq imtahanları isə özümə güvənimi artırdı.
Ramil Həsənov
TələbəBu TOEFL kursu mənə strukturlaşdırılmış dərs proqramı ilə çox kömək etdi. Müəllimlərin diqqəti və dəstəyi isə motivasiyanı yüksək saxlayır ki, uğurlu olaq.
Aysel Məmmədova
TələbəMüəllimlərin yanaşması çox peşəkardır və dərslər çox maraqlı keçir. Qısa zamanda irəliləyiş hiss etdim və imtahanda yüksək bal topladım.
Ləman İsmayılova
TələbəTOEFL imtahanı üçün tək hazırlaşmaqda çətinlik çəkirdim. Amma, hazırlıq prosesim burada daha sistemli oldu. Kursun təqdim etdiyi çalışmalar və mock testlər çox faydalıdır.
Nigar Qasımova
TələbəBu kursun sayəsində qısa müddətdə hazırlığımı sistemləşdirdim və yüksək TOEFL nəticəsi əldə etdim. Müəllimlərin fərdi yanaşması və sınaq imtahanları real imtahana tam hazır olmağıma kömək etdi.
Sevinc Rzayeva
TələbəTOEFL kursu sayəsində qrammatika və yazı bacarıqlarımı xeyli inkişaf etdirdim. Qısa müddətdə real nəticə gördüyüm üçün Star kollektivinə təşəkkür edirəm.
Orxan Əliyev
TələbəPlatforma və materiallar çox əlçatandır, suallara da tez cavab verilir. Ümumilikdə məmnun qaldığım bir kurs oldu.
Kamran Cəfərli
TələbəTez tez verilən suallar
Oxşar bloqlar