Xarici Dil
İngilis dili öyrənmək üçün proqram siyahısı - 2026-cı il üçün ən çox istifadə olunan tətbiqlər.
İngilis dili kursu günümüzdə ən çox tələbat görən kurslardandır. Çünki, ingilis dili bu gün həm təhsil, həm də karyera imkanları baxımından ən vacib bacarıqlardan biridir. Sən də gündəlik danışıqdan akademik yazıya qədər bu dili sərbəst şəkildə istifadə etmək istəyirsənsə, Star Colleges sənin üçün əla fürsətdir! Peşəkar müəllim heyətimiz, fərdi və qrup dərs imkanları, həmçinin praktiki danışıq yönümlü proqramlarımız sayəsində qısa müddətdə əhəmiyyətli nəticələr əldə edə bilərsən.
Bizim kurslarımız həm yeni başlayanlar, həm də dil biliklərini daha da inkişaf etdirmək istəyənlər üçün uyğunlaşdırılıb. Dərslər real həyat situasiyalarına əsaslanaraq təşkil olunur, beləliklə ingilis dili kursu ərzində öyrəndiyini gündəlik həyatında dərhal tətbiq edə bilirsən.
Əgər hansı səviyyədə olduğunu bilmirsənsə, narahat olma! Kursumuza başlamazdan əvvəl sənin üçün səviyyə təyin edən qısa bir test aparılır. Beləliklə, ingilis dili kursları çərçivəsində ən uyğun qrupa yönləndirilirsən və dərslər sənin ehtiyaclarına uyğun keçirilir.
Kurs proqramlarımız aşağıdakı mərhələləri əhatə edir:
Beginner (A1-A2): İngilis dili ilə ilk tanışlıq, əsas qrammatika və söz ehtiyatı.
Intermediate (B1-B2): Danışıqda və yazıda daha sərbəst ifadə bacarıqları.
Advanced (C1-C2): Akademik və peşəkar səviyyədə dil istifadəsi, təqdimat bacarıqları.
Müəllimlərimiz yerli və xarici təcrübəyə malikdir və öyrənmə prosesini interaktiv metodlarla maraqlı hala gətirirlər. Rol oyunları, müzakirə dərsləri, video analizləri və praktiki tapşırıqlarla ingilis dilini əla mənimsəyəcəksən.
İngilis dili kursları üçün indi sınaq imtahanına yazıl və səviyyəni dəqiq öyrənərək dərsə başla.
Online ingilis dili kursu ilə istədiyin yerdən dərslərə qoşula bilərsən. Eyni keyfiyyəti indi artıq evindən, ofisindən və ya istədiyin hər yerdən əldə etmək tam sənə görədir!.
Online dərslərin üstünlükləri:
Rahatlıq – Evdən və ya istədiyin yerdən qoşula bilərsən.
Vaxta qənaət – Yola çıxmaq, tıxacda qalmaq yoxdur.
Qeydiyyat və təkrar – Dərslər qeydə alınır, istədiyin zaman yenidən baxa bilərsən.
Canlı və interaktiv – Müəllimlə və digər tələbələrlə canlı ünsiyyət imkanı.
Əlçatanlıq – Sadəcə internet və telefon ilə dərsə qoşulmaq kifayətdir.
Uyğun tədris tempi – Hər kəs öz sürətində öyrənə bilir.
Nəticə olaraq, istər ənənəvi, istərsə də online ingilis dili kursu vasitəsilə dil öyrənmək artıq daha əlçatan və effektivdir. Sən də vaxt itirmədən qeydiyyatdan keç, dil bacarıqlarını inkişaf etdir və qlobal dünyaya bir addım daha yaxın ol! Qeydiyyat üçün bizimlə indi əlaqə saxla!
Testimonials
Məmnun Müştəri Rəyləri
Uzun axtarışdan sonra mənə uyğun ingilis dili kursu məhz burada oldu. Qrup dərsləri aktiv müzakirələrlə keçdiyi üçün öyrənmək daha maraqlıdır.
Murad Səlimov
TələbəŞəhərdə müxtəlif ingilis dili kursları var, amma burada materialların keyfiyyəti və yanaşma xüsusi fərqlənir. Hər dərsdən sonra real irəliləyiş görürəm.
Əminə Səfərova
TələbəQrupda atmosfer çox səmimidir və dərslər dinamik keçir. Yeni sözləri praktikada işlətmək imkanı tapdığıma görə öyrənmək çox asan olur.
Aylin Cahangirova
TələbəQrup şəklində öyrənə bilmədiyim üçün fərdi dərslər mənə tam ehtiyacım olan mövzular üzərində dayanmağa imkan verdi. Müəllimin individual yanaşması sayəsində qısa müddətdə ingilis dili bacarıqlarımı inkişaf etdirdim və səhvlərimi daha dəqiq gördüm.
Rüfət Qasımzadə
TələbəXəyalımda olan xaricdə təhsil üçün ingilis dili öyrənməli idim. Nə yaxşı ki, Star Colleges ilə tanış olub dərslərdə iştirak etdim. İndi isə yüksək dil bilikləri ilə Avropada təhsilimi davam etdirirəm.
Könül Vəliyeva
TələbəSəyahət zamanı sərbəst ünsiyyət qurmaq üçün Online ingilis dili kursuna yazıldım və çox faydasını gördüm. Evdən çıxmadan öyrənmək böyük üstünlükdür.
Emin Mirzəyev
TələbəBaşlanğıc səviyyədən orta səviyyəyə keçməyimdə bu dərslərin böyük rolu oldu. Hazırda işimdə ingilis dilindən rahat istifadə edə bilirəm.
Nihat Qarayev
Tələbəİngilis dili kursuna başlayanda A1 səviyyəsində idim. İntensiv və maraqlı dərslərlə artıq B2 səviyyəsindəyəm.
Fidan Bağırova
TələbəMüxtəlif ingilis dili kurslarında olmuşam, lakin burada praktiki tapşırıqlar daha çoxdur və dərs sistemi çox yaxşıdır. Danışıq bacarığım isə xüsusilə inkişaf edib.
Rəşad Paşayev
TələbəDərslərdə gündəlik mövzular üzərində danışıq məşqləri edilir və bu, real həyatda çox kömək edir. Ümumilikdə məmnun qaldığım bir kursdur.
Elçin Rüstəmli
TələbəOnline ingilis dili kursu mənim üçün vaxt baxımından ideal seçim oldu. Səviyyəmə uyğun proqram qurulduğu üçün dərslər çox effektivdir.
Sabina Quliyeva
TələbəTez tez verilən suallar
Oxşar bloqlar