Xarici Dil
İngilis dili öyrənmək üçün proqram siyahısı - 2026-cı il üçün ən çox istifadə olunan tətbiqlər.
Duolingo nedir sualına cavab olaraq deyə bilərik ki, əsasən dil öyrənmək üçün hazırlanmış onlayn platforma olsa da, son illərdə təqdim etdiyi Duolingo English Test ilə beynəlxalq ingilis dili imtahanları arasında populyarlıq qazanmışdır. Bu test, xaricdə təhsil almaq istəyən tələbələr üçün sürətli, rahat və münasib qiymətli bir alternativ imtahandır. Test ev şəraitində onlayn şəkildə keçirilir və qısa müddət ərzində nəticələr təqdim olunur.
Dualingo imtahanı xüsusilə son illərdə Azərbaycanda xaricdə təhsil planlayan tələbələr arasında geniş maraq qazanıb. Bu marağın əsas səbəbi imtahanın həm əlçatan olması, həm də dünyanın yüzlərlə universiteti tərəfindən qəbul edilməsidir. Ənənəvi dil imtahanları ilə müqayisədə daha qısa müddətdə tamamlanan Dualingo vaxt problemi yaşayan tələbələr üçün ciddi üstünlük yaradır. Məhz buna görə də sürətli nəticə əldə etmək istəyənlər üçün ideal seçim hesab olunur.
Dualingo test imtahanı adaptiv formatdadır və iştirakçının ingilis dili səviyyəsini müxtəlif tapşırıqlar vasitəsilə qiymətləndirir. Testin əsas üstünlüklərindən biri, sürətli olması və digər imtahanlara nisbətən daha sadə formatda təqdim edilməsidir. Lakin bu, hazırlıq tələb etmədiyi anlamına gəlmir. Yüksək nəticə əldə etmək üçün dinləmə, oxuma, yazma və danışıq bacarıqlarının balanslı şəkildə inkişaf etdirilməsi vacibdir. Kursumuza qoşulan tələbələr mütəmadi praktika edərək, rəsmi sınaq testlərini işləyərək və ən əsası, vaxtı effektiv idarə edərək bu imtahanda yüksək nəticə qazanırlar. Star Colleges-də həm də, danışıq dərsləri ayrıca müəllim tərəfindən tədris olunur.
Peşəkar müəllim heyəti və əyləncəli dərs proqramı ilə duolingo imtahanına sən də hazırlaşa bilərsən. Elə indi qeydiyyatdan keç və qrupda yerini al.
Testimonials
Məmnun Müştəri Rəyləri
Övladımın Duolingo imtahanına hazırlığında bu mərkəzin böyük rolu oldu. Müəllimlərin diqqətli yanaşması sayəsində həm nəticəsi yaxşılaşdı, həm də imtahana qarşı həyəcanı azaldı. Valideyn olaraq çox məmnun qaldım.
Sevil Məmmədova
ValideynDərslər praktikaya əsaslanır və darıxdırıcı olmur. Qısa qeydlər və effektiv məsləhətlər sayəsində ev tapşırıqları daha səmərəli alınır.
Turanə Məhərrəmova
TələbəMüəllimlərin əlçatan olması və suallara tez cavab verməsi proses boyu motivasiyanı saxlayır. Hazırlıq müddətində özümə güvənimin artdığını hiss etdim.
Ramin Ağayev
TələbəBurada dualingo üçün xüsusi strategiyalar öyrəndim və ən çox səhv etdiyim hissələr üzərində ayrıca çalışdıq. Müəllimin bu yanaşması nəticələrimə birbaşa təsir göstərdi.
Cəlal İsayev
TələbəHazırlığa başlamazdan əvvəl düşünürdüm ki, duolingo nedir və necə işləyir. Sınaq dərsindən iştirak etdikdən sonra nə olduğunu tam başa düşdüm və nümunə suallar üzərində işlədikdən sonra formatı rahatlıqla anladım.
Leyla Hacıyeva
TələbəDuolingo kursu daxilində 2 fərqli müəllim olduğu üçün hərəsinin professionallaşdığı istiqamətləri daha dərindən mənimsəmək imkanım oldu. Danışıq dərslərinin başqa müəllim tərəfindən keçirilməsini xüsusilə bəyəndim.
Bəhruz Əliyarov
TələbəDualingo imtahanının danışıq hissəsindən çəkinirdim, lakin dərslərdə simulyasiya tapşırıqları sayəsində özümü daha rahat hiss etməyə başladım. Nəticədə imtahana girəndə stress xeyli azaldı və rahatlıqla danışdım.
Sərxan Abbasov
TələbəDuolingo kursunda tapşırıqlar mərhələli şəkildə verilir və irəliləyişini asanlıqla izləyə bilirsən. Əlavə materialların paylaşılması da çox yaxşıdır. Buna görə də Star Colleges-də duolingoya hazırlaşmaq çox yaxşıdır.
Nərmin Mürsəlova
TələbəBurada keçdiyim duolingo hazırlığı dərslərində real imtahan abu-havası yaradılır. Vaxt məhdudiyyəti ilə işləmək sonradan imtahanda çox işimə yaradı.
Tamilla Sadiqova
TələbəStar hazırlıq mərkəzini mənə dostum tövsiyə etmişdi və seçimimdən çox razı qaldım. Dərslər praktiki tapşırıqlarla keçir, sualların izahı isə çox aydın olur. Müəllimlər bütün suallarıma səbrlə cavab verir.
Vüqar Nağıyev
TələbəTez tez verilən suallar
Oxşar bloqlar